Mir Şahinin vaxtı (VİDEO)

Mir Şahinin vaxtı (VİDEO)

Real Təhlil və İnformasiya Mərkəzində Mir Şahin vaxtı başladı. Deməli, qaldığımız yerdən davam edirik. Bilmirəm fikir vermisiniz ya yox, adətən Preizdent bizə park, yeni obyektlər, iş yerləri, abad yollar, rifah mənzərələri təqdim edir, bir sözlə abad və inkişafda olan Azərbaycan nümayiş etdirir,  amma onun opponentləri xarabalıqları, dağılan ölkələri, vətəndaş qarşıdurmalarını, bərbad dövlətləri. Və Azərbaycan xalqına nümunə göstərərək irad tutur ki, niyə biz elə deyilik, niyə elə dağılmırıq? Xaos müxalifətinin məntiqini inkişaf etdirsək, təxminən belə alınır ki, niyə bizdə fələstin daşından, bağdad komikadzesindən, baş kəsməyə cağıran Liviyalı təkbirlərdən, göbəyi gülləylə kəsilən suriyalı uşaq meyitlərindən yoxdur? Axı niyə Azərbaycan Sudanın gününə düşmür?  Onlar kinlə zəncir çeynəyirlər, nifrətlə soruşurlar ki, niyə Azərbaycanda hakimiyyət qoymur dövlət çevrilişi edək, irili-xırdalı ticarət obyektlərini, meqa marketləri dağıdaq, bankomatları söküb aparaq, niyə qoymurlar ki, villaları tar-mar edək? Adamların var-dövlətini, sərvətini zorla öz xarabamıza daşıyaq? Niyə dövlət imkan vermir ki, öz tarixinin ən firavan və sabit zamanını yaşayan Azərbaycanı vətəndaş müharibəsi meydanına çevirək?  Bax həmin anormalların məntiqinin təxmini marşrutu bu yola aparır. Bu günkü Azərbaycanın orta statistik mənzərəsi belədir. Artıq çoxdan belədir. Dövlət və vətəndaş rahat ovqatda günü müzakirə edir. Sabit, sakit, dinc bir mühitdə vətəndaş-dövlət ünsiyyəti. İştirak edirlər: Prezident və xalq. Hər hansı vasitəçisiz, birbaşa.


 
Ola bilsin ki, kimlərsə bu sakitlikdən, dinclikdən yorulub. Həyatının bir vamda, eyni yeknəsəqliklə keçməsindən darıxır, bəlkə də bezgin bir şəkildə “nə qədər olar e eyni həyat, eyni rahat” kimi ritorik suallar da verir.  Amma əgər kimsə öz adi həyat tərzindən sıxılırsa və ya özünə bir əkşn arzulayırsa bu o demək deyil ki, bütün bir xalq da belə bir şizofrenikin güdazına  getməlidir. Belələrini Suriyaya, Liviyaya, elə Said Nuri adlı bir siyasi korazehinin, yadaltıların arzularının məmləkəti olan Sudana ezam etmək lazımdır. Sudan e-e-e-e… Görün insan nə günə, o günün hansı dibinə düşməlidir, hansı Said Nuri oğlu Said Nuri olmalıdır ki, hərbi çevriliş nəticəsində baş verən hakimiyyət dəyişikliyini belə öz ölkəsinə, öz xalqına arzulasın. Məhz belələrini inqilab xarabalıqlarına ezam etmək lazımdır ki, burunları bir az barıt qoxusu görsün. 30 il əvvəlin Azərbaycanının fövqəladə vəziyyətini, komendant saatını görməyən, Əliyevlərin yaratdığı rahatlığın, əmin amanlığın, sabitliyin qudurtduğu qudurğanların valideynləri gərək bir az uşaqlarına tarix biliyi verəydilər. O zaman anlaşılardı ki,  bu zehn, idrak korlarının, zəka əlillərinin romantik duyğulıar altında xəyalına daldığqları inqilab gələcəyinin buta verdiyi Sudanlar, Liviyalar, Misirlər, Suriyalar Azərbaycanda 26-27, 28, 30 il əvvəl olub artıq. Bir dəfə də yox, bir neçə dəfə olub və ta xalq Heydər Əliyevdən Azərbaycanın rəhbərliyinə gəlməyi rica edənə qədər. Budur o Sudan. Budur  o Suriya. Budur o Liviya. Budur o Misir. Budur o Ərəb baharı. 

İCAZƏ MƏKTUBLARI

Dövlət. Vətəndaş. Məsuliyyət. Qanun. Sabitlik. Bu sözləri tez-tez deyirik və hər dəfə də əllərinə sosial şəbəkədə özünü ifadə etmək fürsəti düşən, söz azadlığı və söz zadlığı arasında cərcənək qalan anarxiya quzğunları, xaos virusu daşıyıcıları qəsdən bu ifadələrdən diqqəti yayındırmağa çalışırlar. Söyürlər, əxlaqları ilə, ana və bacılarına rəva bildikləri davranış tərzlərilə ayrı-ayrı insanların üzərlərinə gedirlər. Getdikcə zəiflədiklərinin, əldən-dildən düşdüklərinin qisasını dövlətdən, islahatlardan sonra yeni, daha dinamik qalxınma tempinə daxil olan Əliyev hakimiyyətindən almağa çalışırlar. Heyrətamizdir ki, 1989-90-cı illərin saralmış təqvimində bir korlanmış vərəq kimi əsən, heç bir Henrinin hekayəsinin xilas etməyəcəyi xəstə siyasi əxlaq daşıyıcıları hələ də anlamırlar ki, onların qatarı, daha doğrusu maşını, lap doğrusu eşşək arabası keçib gedib artıq. Baxın bu adamlara. Əli Kərimli. Cəmil Həsənli. Qurban Məmmədov. Rəhim Qazıyev. Və adlarıını çəkmədiyim, amma bir az sonra mütləq üzərlərində gəzişəcəyim başqaları. Onlar 1990-cı ildən 2019-cu ilə düşmək istəyirlər. Amma geriyə addımla mars komandası altında. Bu insanlar əllərində olan telefondan istifadə etmək əvəzinə başını pəncərədən bayıra çıxarıb ölkənin bu başından o başına bağırırlar. Təsəvvür edirsiz? Məsələn, tutaq ki, Facebook əlində olan bu siyasi düşük səhifəsindəki insanlarla asan bir ünsiyyət qurmaq əvəzinə, özü də guya onun orda 222 mindən artıq izləyicisi var, dirənib e… Məhsul stadionuna gəlin! Mitinq edək! Burda 10 min olaq, 20 min olaq. Mən başa düşə bilmirəm, axı necə ola bilir ki, səni eyni zamanda 222 min adam dinləyə biləcəyi halda sən 10-15 min adam ardınca düşəsən? Hardadı məntiq və hardadı həqiqət? Artıq neçənci dəfədir ki, mitinq üçün müraciət edirlər və hər dəfə də Bakı Şəhər icra hakimiyyəti deyir. Olmaz. Bunlar deyir baş üstə. Sonra yenə də mitinq məktubu yazırlar! Yenə də eyni komanda. Oturun yerinizdə. Yenə də eyni mütiliklə Baş üstdə. Ta növbəti icazə məktubuna qədər. Yəni bu yasaqlardan məlum deyil ki, hakimiyyət mitinqə ona lazım olanda icazə verir.  Və ya bu inqilab artıq-urtuqları yalnız hakimiyyətə lazıq olanda mitinq keçirə bilirlər və bilərlər! Yəni anlaşılmır ki, mitinqlər xaos müxalifətinin bacarığının nəticəsi deyil, islahatlar kursu götürmüş dövlətin daxili siyasətdə müxalifət dünyagörüşünə münasibətini liberallaşdırmaq istəyinin nəticəsində alınmış adi mənzərədir! Danışmaq azadlığıni əməl azadlığına qarşı qoyan kiçik, amma aqressiv zümrənin dərrakəsi yəni bu bəsit həqiqəti anlamağa da çatmır ki, onlar Prezidentin islahatlar  masasında adi bir əməliyyat xırdalığı, bir tampon və ya pinset rolunu oynayıblar?! Və indi sadəcə olaraq oturub gözləmək lazımdır. Hakimiyyət lazım bildiyi anda növbəti mitinqiə icazə verəcək. Xüsusilə indiki mərhələdə belə mitinqlərə şübhəsiz ki, ehtiyac var. Çünki Azərbaycanın Avropa İttifaqı ilə saziş imzalaması ərəfəsində müxalifətin özünəməxsus dəstəyinə həmişə olduğu kimi yenə də ehtiyac olacaq. Amma bu iqtidarın lazım bildiyi anda baş verəcək. Müxalifətin yox! Yeri gəlmişkən, bir xırda qeyd. Müsavat partiyasının rəhbəri Arif Hacılı deyib ki, Avropa İttifaqı ilə imzalanacaq sazişin layihəsi Azərbaycan tərəfindən hazırlandığı üçün təəssüflənmək lazımdır. Sözün düzü bu fikri Arifin harda bə hansı kontekstdə dediyi barədə ətraflı məlumata malik deyiləm. Amma əgər doğrudan Arif belə bir göyərçin buraxıbsa elə təkcə bu fikrin özü iki mühüm məsələ barədə hökm verməyə bəs edir. Birincisi, Azərbaycanı guya Avropa standartlarına layiq görmək istəyən kvaziqərblilərin sənədin imzalanması ərəfəsində belə neqativ mövqe nümayiş etdirməsi ondan xəbər verir ki, səmimiyyətləri yoxdur. Onlar Azərbaycanı Avropa ittifaqında yox, özlərinin yapışıb qaldıqları 90-cı illərin sovet bataqlığında görmək istəyirlər. İkinci hökm isə Avropa İttifaqının bu tarixi sazişin layihəsini hazırlamağı Azərbaycan tərəfinə etibar etməsidir. Deməli Avropa İttifaqı Azərbaycan hakimiyyətinə bu tarixi sənədin layihəsini şəxsən işləməyi etibar edəcək qədər inanır. Və bu az deyil. Deməli, uzun illər öz propaqandalarını, antidövlət təbliğatlarını Azərbaycanı Avropanın qətiyyən bəyənməməsi notu üzərində kökləmiş bu qara güruh indi özünütəkzib məcburiyyətindədir. Belə hallar yaxın tariximizdə bir neçə dəfə olub. Bir il əvvəl, təxminən elə bu vaxtlar idi. İlham Əliyev Prezident seçkilərində böyük hesabla qələbə çalandan  sonra bəzi dövlət başçılarından gəlməli olan təbrik məktublarının təbii uzaqlıq və zaman fərqi baxımından bir-iki gün yubanmasını az qala İlham əliyevin Prezidentliyinin tanınmaması tək izah etməyə şalışan cahiliyyə iki-üç gün ərzində sadəcə çökdü. Almaniya kanslerinin təbrikiylə bir az, Donald Trampın təbrikiylə daha bir az. Prezidentin Türkiyəyə və ordan da Britaniya Baş naziri ilə yüksək məqamda görüşə getməsilə lap çox. Bu çöküşlərlə ortaya bir sükut da çökdü. Və ya Azərbaycanın rəsmi nüfuzunu Eyfel Qülləsindən çooox aşağıda görən və Parisin Bakını məhkum etdiyini ağız dolusu hürrrrən hürriyyətçilərin cavabını elə bu günlərdə həmin o Fransanın ən nüfuzlu sorğu şirkəti -OPINION WAY” verdi. Keçirdiyi rəy sorğusunun nəticələri ilə. Azərbaycan xalqı öz taleyini öz liderinə etibar edirmiş. Vayvay. Vay... necə böyük fiasko... İndi də Avropa İttifaqı ilə saziş ərəfəsində müxalifət vulkanizatorlarının təkəri iqtidar vannasında üzüqara çıxıb... Deşiyi varmış. Bədbəxtlər... Əli Kərimli də onun Qənimət Zahidi də, Sevinc Osmanqızısı da, gah fəhlə Aydını seçən, gah zəngin Dövlətin dodaqları arasına yıxılan, və sonra yenidən zəhərli dodaqlarıyla “Aydın! Aydın!” deyə can vermək prosesini yaşayan cənazə xanım Gültəkini də eyni üzüqaralığın qurbanlarıdır. Niyə narahatdı bu inqilab qabaqdan gəlmişliyi və ya  qabaqdan qalmışlığı edən oyuncaq müxalifət. Ona görə ki, hakimiyyət onu bütün parametrlər üzrə üstələyir. Özü də ədədi yox, həndəsi silsilə sütərilə. Dövlət öz yoluyla gedir. Güclənir. Qüdrətlənir. Müxalifət distrofikləri isə bu fonda çılız görünür. Doğrudan da əgər 1994-1995-ci illərin Azərbaycanında, hakimiyyətin ən zəif vaxtında  bir uğur qazana bilməyiblərsə 2019-cu  ilin kosmik Azərbaycanında nəyə ümid bəsləyə bilərlər?  

DÖVLƏTİN DÜŞMƏNİ OLAN YERDƏ ŞƏXSİ DOSTLAR OLMUR

Bu  inkişaf yolunda itlər çoxdur, amma Formula-1 sürətilə müxtəlif karvanlar da keçməkdədir. Bir tərəfdə sürət İti! O tərəfdə də küçə iti. Birinin mühərrikinin uğultusu, o birinin çənə və ağız boşluğunun ulartısı.  Müxalifət fantastik, ballistik sürətlə geridə qalır. Avropanın fərsiz çuğullarının bütün cəhdlərinə baxmayaraq Azərbaycan bu həftə tarixinin daha bir inkişaf tramplinə qondu. Alınmadı onlarda. Bu dəfə də alınmadı. İndi hər şey bir az da aydındı. Baxın onlar nəyə mane olmaq istəyirdilər. Bir neçə gün əvvəl “Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinsulu hissəsinin  işlənməsi üzrə Rəhbər Komitə Xəzər dənizinin Azərbaycan sektorunda nəhəng AÇG yatağının işlənməsinin növbəti mərhələsi olan "Mərkəzi-Şərqi Azəri" (MŞA) layihəsini təsdiqlədi. Rəhbər komitə deyəndə bir az ümumi çıxır və Azərbaycanın gələcəyinin qüdrətli və zəngin əsasında maraqlı olan qurumların, onların simasında nəhəng dövlətlərin kim və haralar olması sonadək anlaşılmır. Ona görə də Rəhbər Komitənin tərkibini bir az xırdalayaq. Bura SOCAR, BP, Chevron, INPEX, Equinor, ExxonMobil, TPAO, ITOCHU və ONGC Videsh) daxildir. 

Söhbət 6 milyard dollarlıq layihədən gedir, xanımlar və cənablar! Bura yeni dəniz platforması və gündəlik 100 min barel neft hasilatını təmin edəcək qurğular daxildir. Platformanın istismar müddəti ərzində 300 milyon barrel neftin hasil olunması proqnozlaşdırılır. İlk hasilatın başlaması 2023-cü ildə gözlənilir. 

BP-nin baş icraçı direktoru Bob Dadli: "Birgə fəaliyyətimizin ötən 25 ili ərzində bizim uğurlu tərəfdaşlığımız Azərbaycan xalqının dünya səviyyəli aktivlərini xalq üçün böyük mənfəətə çevirib. Azəri-Çıraq-Günəşlinin gələcəyi həmin irsin üzərində qurulacaq və növbəti 25 ilin də eyni cür parlaq olmasını təmin edəcək." 

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Cons: "Bugünkü bəyanat Hasilatın Pay Bölgüsü sazişini uzadarkən qarşıya qoyduğumuz uzunmüddətli hasilat planlarını dəstəkləyir. Bu qərar Azərbaycan hökuməti və SOCAR-la sıx əməkdaşlıq etmək, AÇG yatağının ehtiyatlarını daha da səmərəli və rəqabətə davamlı şəkildə reallaşdırmaq niyyətimizi nümayiş etdirir. AÇG layihəsində iştirak edən şirkətlərin səhm payları belədir: BP (30.37%), SOCAR (25.0% ), Chevron (9.57%), INPEX (9.31%), Equinor (7.27%), ExxonMobil (6.79%), TPAO (5.73%), ITOCHU (3.65%), ONGC Videsh Limited (OVL) (2.31%). Onların Azərbaycana qoyacağı investisiya bu ölkənin sabitliyinə, uğurlu gələcəyinə, iqtisadi əmin-arxayınlığa qoyulan sərmayədir. Buna görə idi  Avropada daha bir qlobal uğura imza ərəfəsində  daxili və xarici azərbaycansızlarımızın canfəşanlığı. Qara PİAR.  Buna görə idi Prezidentin sırf milli maraqlara hesablanmış siyasəti ətrafında antimilli müqavimət düşərgəsi formalaşdırmaq.   Buna görə idi SOCAR ətrafında başladılan aciz və ucuz kampaniya. SOCAR ətrafında baş verənlərə yəqin ki, vaxtı çatanda münasibətimizi bildirəcəyik. 

İndilikdə isə bir kiçik qeyd. Dostlar və köhnə dostlar. Dövlət yalnız qazanılan sərvət deyil. Əsl dövlət vətəndaşı olduğumuz dövlətdir. Haqqınızda yazılan şərhləri diqqətlə oxuyun. Kimsə sizi layiq olmadığınız mərtəbəyə pərçim edirsə, məsələn yazırsa ki, hazır Prezidentsiniz, filan, dərhal belələrini tapın, mənşəyinə qədər gedib çıxın. Çünki bunu yazan kimdisə nə Sizə, nə də Azərbaycana yaxşılıq edir. 1993-cü ildə məsələn cənub zonasında bir-iki  azarkeşin ifrat fəallığı nəticəsində alayarımçıq Əlikram Hümbətov yarandı. Özünü də bədbəxt elədi, ona inanan beş-altı yarımbaşı da. Təfərrüatlar barədə sonra danışacağıq, əlbəttə. Amma  mən öz üslubuma sadiq qalıram. Bu gün hesab edək ki, sətiraltı ünvana ilk xəbərdarlığımı etdim.  Dövlətin düşməni olan yerdə şəxsi dostlar olmur. Unutmayaq. Mən heç kimi və heç vaxt unutmuram. Hə... Bir məsələni də qeyd edim. Deməli, hələlik üstüörtülü toxunduğum mövzu daha çox Azərbaycandan kənarda, daha çox rus dilli mətbuatda tirajlanır. Özü də nə vaxt. Kimlərinsə dövlətimizə  rus dili çıxardığı bir məqamda.. Son zamanlar bu dil ətrafında yaratmağa çalışdığı süni aıioataj yadıma 92-93-ün separat ab-havasını, etnik temperaturun qaldırılması hallarını salır. Diqqətli olmaq lazımdır. Gəlin müəyyənləşdirək. Söhbət nədən gedir. Heç kim rus dilinin xüsusi çəkisi və əhəmiyyətini şübhə altına almır. Azərbaycan uzun müddət özünün ikinci ana dili olmuş bu ünsiyyət vasitəsinin qədrinə də, qiymətinə də, həssaslığınıa da, bir dil kimi şirinliyinə də, acılığına da yaxşı bələddir. Bu dilin dövlətimiz üçün sətiraltı tərcüməsinə lüzum yoxdur. Sadəcə bir nüans var: Rus dilini öyrənmək, mükəmməl bilmək lazımdır. Amma bunun üçün uşağını mütləq aparıb rus sektoruna qoymaq lazım deyil. Yəqin sosial çağırış da bunu tələb edir. Rus dilinə yox, rus  sektoruna münasibəti dəyişmək lazımdır. Məsələn, niyə rus sektoru ödənişli olmasın? Tutaq ki, kimsə övladını  rus sektorunda formaladırmağı çox istəyir, radi boqa, qoy bahasını ödəsin. Qoy ona baha başa gəlsin. 

Ona görə də belə həssas, istənilən an təhlükəli ola biləcək mövzunu xaos müxalifətinin, hələ də 93-cü ildə sinifdə qalmış qara güruhun ibtidai opponent təhsilinin ümidinə buraxmayaq. Yaşlıların yadında olar, rus dilinə dil yox, qulaq, özü də  uzun qulaq məntiqi ilə yanaşan bəycik və gəlinciklərin ucbatından az qala  vətəndaş müharibəsi yaşayacaqdıq.  Bəli, Azərbaycanda güclü və dərin müxalifət yoxdur! Bu adamlar hakimiyyətə gəlmək uğrunda yox, müxalifətdə qalmaq uğrunda mübarizə aparırlar. Acınacaqlısı həm də burasıdır ki, bu hakimiyyət nakamları dövlətin islahat kursunu həmin dövlətin öz səhvlərini düzəldilməsi tək anlatmağa çalışır, hətta tələb edirlər ki, peşman olduqlarını göstərsinlər, hələ bir üzr də istəsinlər. Sanki neçə illərdir ki, hakimiyyət nöqsan, qüsur, uğursuzluq siyasəti yürüdürmüş, indi qəbahətini anlayıb və xəcalət düzəlişləri edir. Ay Papağınızı şanapipik dimdikləsin. Hakimiyyət islahatlara inkişafı daha sürətli, uğurlarını daha genişmiqyaslı etmək üçün gedib. Azərbaycanın indiyədək qazandığı bütün uğurlar məgər elə Əliyevlərin sabitlik və rifah, inkişaf və təhlükəsizlik kursu ilə bağlı deyildi? Regionun lider dövləti, Avropa üçün ən gərəkli respublika, Müsəlman Dünyasında bir nömrəli ölkə olmaq məgər Əliyevlərin  hakimiyyətinin siyasətinin nəticəsi deyil? Xaos qrupu hələ də anlaya bilmir ki, onlar öz ənənəvi uğursuzluqları ilə heç vaxt müvəffəqiyyət resepti təklif edə bilməzlər. Onlara baxıb yıxılmaq öyrənmək olar. Və təəccüblü deyil ki, qara güruh elə hər şeyi dövlətin yıxılması üçün edir. Ötən həftə elə burda mən Qənimət Zahidin rəhmətlik anası, ruhunun əlini öpdüyüm, öz anam tək ehtiramla xatırladığım Xədicə ananın jurnalist Əvəz Zeynallıya verdiyi müsahibədən bir parça nümayiş etdirmişdim. Korrekt və nəzakətlə. Başqa cür ola da bilməz. Mən heç kimin anasını şərhlərdə söydürmürəm. Mənim tərzim deyil bu. Amma sadəcə məcbur oldum. Hətta son anadək tərəddüd edirdim. Amma  təqdim etdim. Təkrar edirəm. Niyyətim heç də Xədicə ananın ruhunu incitmək deyildi. Sadəcə istədim ki, ananın öz balasını bütün halında bala kimi qəbul etməsini keçmiş yurddaşımın yadına salım. Bu yaxınlarda Mirzə Sakitin mənə cavabını izlədim. 

Başa düşürəm, Sakit! Baxmayaraq ki, mənim Xədicə anaya müraciətimdə kobud, tərbiyəsiz bir ton, alın qırışı qədər də bəd niyyət yox idi. Sadəcə, izah etməyə çalışmışdım ki, Anaya sevgisi belə olanın Vətənə sevgisi ondan artıq olmayacaq. Söhbət anadan yox, baladan, balalardan gedirdi... Amma hər bir halda hesab edək ki  danışdıq. Amma əvəzində mən də xahiş edəcəm. Sizin də mənim anamda işiniz olmasın. Ana deyəndə Azərbaycanı nəzərdə tuturam. Müxalif ət olursunuz, müxalif sümük olursunuz. Nə olursunuz olun, kim olursunuz olun, kimin nəyi və ya kimin harası, yaxud haranın nəyi olursunuz, mənə maraqlı deyil. Amma bu dövlətə dağılmaq arzulamayın. Kimin nə qədər səmimi və nə qədər gerçək olduğunu, kimin hansı yuvanın quşu və ya bayquşu olduğunu, lideriniz Elçibəyin sözləri ilə desək, Azərbaycanın ən məlumatlı jurnalisti  kimi yaxşı bilirəm. Ona görə də hakimiyyət və dövlət arasındakı kifayət qədər gözə girən, nəhəng sərhədi görə biləcəyinizə çətinliklə də olsa inanmaq istərdim.  Qəniməti Sakit buraxaq, ya da Sakiti Qənimət bilək keçək Əli Kərimlinin başqa bir quşuna. Azad səmalarda pərvaz edən, bəzən məhəbbətin gözü kor olar deyib heç nə görməyən və bizim də kor olduğumuzu zənn edən azad və sevdalı quşa. Amma bu barədə bu gün yalnız bir-iki kəlmə ilə kifayətlənəcəm. Daha doğrusu bu həftə təvazökarlıq edəcəm. Əvvəlcə kiçik bir haşiyə. Diqqətli oxucuların yadında olar. Bu ilin aprelində bir sıra nüfuzlu kütləvi informasiya vasitələrində belə bir məlumat yayılmışdı. Tech Crunch portalının verdiyi xəbərdə qeyd olunurdu ki, kibercinayətkarlar yüzlərlə saytı yararaq Amerika Birləşmiş Ştatlarının hüquq mühafizə orqanları və federal xidmətinin minlərlə əməkdaşına məxsus məlumatları ələ keçiriblər. Nəticədə Federal Təhqiqatlar bürosunun Akademiyası ilə bağlı, hüquq mühafizə orqanları və Birləşmiş Ştatların federal xidmətləri əməkdaşlarının adları, ünvanları, şəxsi, habelə rəsmi  elektron poçtları,   tutduqları vəzifələr barədə dəqiq məlumatlar əldə ediblər. Ümumilikdə hakerlər  4 minə yaxın yazı ələ keçiriblər. Məsələnin təhlükəli tərəfi bu idi ki, hakerlər bu məlumatları təsnifatlandıraraq yaymağa, satmağa hazırlaşdıqlarını elan etmişdilər.  Bu məlumatlar arasında Azərbaycan dövlətinin əleyhinə işləyən agentlərin adları və fəaliyyət dairələri keçir. Mən indi Sizə bir-iki xırda detal nümayiş etdirəcəm. Çünki şeytan detallarda gizlənir və biz sonda o şeytana lənət də oxuyacağıq. Burda kimsə Dekameron-un iki personajının Şeytanı cəhənnəmə vasil etmək aktını xatırlamaqda da sərbəstdir.  Amma bir az intizarda qalmağınızı istəyəcəm. Ona görə də gəlin sizinlə maraqlı bir müsabiqə keçirək. Əvvəlcə zəruri bir qeydim olacaq. Heç kimin yatağı mənə maraqlı deyil. Hər kəsin baş qoymağa yastığı olmalıdır və onu kimlə bölüşməsi də əxlaqının, tərbiyəsinin hakimiyyət zonasına daxildir. Kimi ora buraxır, kimi ordan qovur tipli xırdalıqlara baş qoşmaq kimi yengəliklər böyük bir qəbahətdir. Amma bir məqama qədər. Bu yataq dövləti satmaq üçün piştaxtaya çevrilənədək. Bax o zaman  yataq kiminsə şəxsi mülkiyyəti, həzz-ləzzət, mənəvi-cismani rahatxana olmaq mənasından çıxır. Yataq sənin altındır, altını kimə qazdırırsan, necə qazdırırısan özün bilərsən. Amma canın çıxsın yatağına buraxdığın alətin dövlətin altına qədər gəlib çıxmağına imkan vermə. Dövlətimizin altını qazımağa başlasan kəsilcək. Özü də sən ərli ola-ola, övladların ola-ola bu addımı atırsan. Sonra da millətə əxlaq dərsi keçirsən.  Bax o zaman təbii ki, bütün immunitetlərini itirirsən və sənə haqq qazandırmaq sadəcə mümkün olmur. Ona görə də bağışlanmağımı xahiş etməyəcəm.  İndi isə müsabiqəyə başlayaq. 

XÜSUSİ XİDMƏT ORQANLARI İLƏ ƏMƏKDAŞLIQ EDƏN AZƏRBAYCANLI QADIN

Məsələn bu gombul, tösmərək cənaba diqqətlə baxın. Birinci sual: Bu toppuş, xata çarpayısına malik, şirin təbəssümlü, maraqlı cənab kimdir? Bu çarpayıda Azərbaycanı kim və neçəyə və hansı ölkənin xüsusi xidmətinə təklif edir. İpucu verirəm. O şəxsi Əli Kərimli, Cəmil Həsənli, Tofiq Yaqublu, Gültəkin Hacıbəyli, yəni bütün Milli-milsiz bütün Şura, özünə bənzər güruh öz payına Azərbaycanın ən qeyrətli qadınlarından biri hesab edir. Son zamanlar bu qeyrətli qadını bir GEYrətli kişi qırığı daha ardıcıl qoruyur. Yəni o qadın çoooox demokratik birisidir. Bədəninin hər bir üzvünə tam azadlıq verib. Harası nəyi istəyirsə, ixtiyar sahibidir. Demokratiyanın əlahiddə götürülmüş bir vücudda tam təntənəsi. İkinci sual. Diqqət çarpayıya!  Yataqdakı nimçədə iki alma var. Daha doğrusu bir alma və ikincinin yarısı. Bu alma parçası kimin ağzından qalan şirin sevgi izidir. Alma olmağına almadır, amma qadın Həvva deyil. Bəs kimdi?  Fantaziyanızı işə salın... və nəhayət üçüncü sual: Aranızda belə bir ad eşidən var? Cey Kempen. Kempen Cey! Bir ipucu da burda verim. Xüsusi xidmət orqanlarının samballı əməkdaşıdır. Bu üç sual ətrafında düşünün. Biz mövzuya gələn həftə, onun təqvimi ilə desək yeddi gecə sonra qayıdacayıq. 

Bir şeyi də yadda saxlayın. Mən saxta məhsulla işləmirəm. Təqdim etdiklərim originaldır. Bu günlərdə özünü Xalq Hərəkatı adlandıran qüvvələrin növbəti toplantısından sizə təqdim edəcəyim bəzi kadrlar kimi. Bir az əvvəl Azərbaycan Dövlətinin diqqətini narahat edən məsələrə, qayğılardan danışdıq.  Prezidentin xalqla görüşdə toxunduğu məsələlər, dövlət-vətəndaş münasibətlərinin yeni formatınını tələb etdiyi standartların birinci mənbədən təqdimatı, “Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinsulu hissəsinin  işlənməsi üzrə Rəhbər Komitə, 6 milyard dollarlıq sənəd.    

Və Azərbaycan siyasətinin uğursuz keçmişinin müxalifət qiyafəsində özünü biruzə verən Məşədi İbadlarının maraq dairəsi. Qoca-qoca kişilər, saqqallı uşaqlar, böyüklər oturub orda kiminsə səs yazısını müzakirə edir. Səsə qoyurlar. Səsdən götürürlər.  Birbaşa yayım edirlər. Birayağa yayım edirlər... Baxın bir-iki dəqiqə.

Yadınızdadısa mən hələ Qurban Məmmədovun yenidən peyda olan vaxtlarının ilk günündə demişdim ki, bu adam 90-cı illərin Sabirabadda itmiş kasset şantajından uzağa getməyəcək. Çünki artıq xalq hərəkatında olmayacağını bəyan edərək gedən Qurban Məmmədovun  bütün cazibədarlığı yalnız onun-bunun siyasi mələfəsində ləkə axtarmaq kimi genetik vərdişindədir. Ona görə də həbsə düşmüşdü. Milli Təhlükəsizlik nazirliyini də ittiham edəndə hansısa kassetdən danışılırdı. Yenə də səs yazısı. Forma dəyişib, daşıyıcı dəyişib. Amma Qurban Məmmədovun məzmunu dəyişməyib. Bu adam yalnız belə maraqlı ola bilər. Rəhim Qazıyev istefa verdiyini deyərək getdi. Yəqin ki daha qayıtmaz. Üzü və izi yol verməməlidir məncə.  İsgəndər Həmidovun iflası da göz qabağındadır. Əlbəttə mən 1992-ci ildə Daxili işlər Naziri vəzifəsini tutan, əlində kifayət qədər səlahiyyət və imkan, fantastik nüfuz ola-ola rəsmən təyin etdiyi naziri Naxçıvan muxtar Respublikasına aparıb çıxara bilməməsini, təyinatın zorla yerinə yetirilməsi zamanı camaatın onun qərarını qabağına qatıb necə qovduğunu və bununla da Boz qurdun axsaya-axsaya necə geriyə çəkildiyini yaxşı xatırlayır və belə acizlikdən sonra indi əlində heç bir imkan, nüfuz olmadan nəyisə bacaracağına inanmıram. Yəni mən Həmidovun o iflasını görmüşəm. Nazir postundan acizanə istefasını başqa bir iflas faktı kimi xatırlayıram. Amma söhbət son iflasdan gedir. Təsəvvür edin. Adam hərəkat yaradır, gecə-gündüz Qurban Məmmədovu reklam edir, hamıdan xahiş edir ki, bi qaçaqmalçı siyasət dilənçisinə əl tutsun, özünü ən yaxşı əməliyyatçı hesab edə-edə gözünün qabağında onu cocuq kimi barmağına firladanı-adicə kombinatoru görə bilmir. Liderliyi qoyaq bir yana, burda adi əməliyyatçı da ola bilmir bir zamanların daxili işlər naziri. Ona görə də İsgəndər Həmidovun iflası artıq baş tutdu deyə bilərik. Vəssəlam. Bundan sonrası şəxsən mənə maraqlı deyil. Çünki Həmidovun stavka etdiyi hər bir köhnə divar möhlətini bitirmiş, keyfiyyətinmi itirmiş çıxdı. Biz bu keşmiş zamanların indiki zamana gələcək zaman statusunda gəlmədən çıxıb getdiklərinə şahidlik etməkdəyik. Təsəvvür edin. Bu adamlar barmaq barmağa vurmadan yalnız qarşı tərəfin səhv buraxacağına ümid bəsləyərəək gözləyirlər. Zəlzələ olur, ya imdad! deyə əllərini yuxarı qaldırırlar. Ticarət mərkəzi yanır, qaçqınların yaşadığı bina yanır, əllərini alovda qızdırmaq istəyirlər. Zavallı körpə intihar edir, ay Allah bizim üzümüzə açdığın bu pəncərəyə şükür! deyə İbrahim Əhrarinin at rəsmi kimi çərçivədən bayıra sıçramaq istəyirlər. Öz aləmlərində də guya böyük-böyük işlər görürlər. İnqilab düzəldirlər, Bakı Şəhər İcra hakimiyyətinin izni olmadan bir addım hərəkət edə bilmirlər, amma hərəkat edirlər. Allahın rəhmi gəlsin. Məncə Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə ilə söhbətə artıq hazırıq. Azərbaycanın ruhaniyyat tarixi iki böyük hadisəsindən ,  Hacı Allahşükür Paşazadənin Şeyxülislam olmasının 40, anadan olmasının 70 illiyiinə fürsət kimi yanaşıb çox mətləbdən danışmışıq. Söhbəti sizə təqdim edirəm. 

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə