Gürcüstan Azərbaycandan 22,2 milyon dollarlıq elektrik enerjisi alıb

Gürcüstan Azərbaycandan 22,2 milyon dollarlıq elektrik enerjisi alıb

Cari ilin birinci rübündə Gürcüstanın Azərbaycandan idxal etdiyi elektrik enerjisinin həcmində azalma qeydə alınıb.

REAL AZƏRTAC-a istinadən xəbər verir ki, bu ilin ilk üç ayında Gürcüstan Azərbaycandan 22 milyon 221,8 min ABŞ dolları dəyərində elektrik enerjisi idxal edib.

Bu da illik müqayisədə idxal olunan elektrik enerjisinin məbləği baxımından 10,3 faiz və ya 2 milyon 558,4 min dollar azdır.

Milli Statistika İdarəsinin hesabatında bildirilir ki, ötən ilin yanvar-mart aylarında Gürcüstan Azərbaycandan 24 milyon 780,2 min dollarlıq elektrik enerjisi alıb.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə