Hacıqabulda avtobus zavodunun təməli qoyulub - YENİLƏNİB, FOTO

Hacıqabulda avtobus zavodunun təməli qoyulub - YENİLƏNİB, FOTO

Bu gün Hacıqabul Sənaye Məhəlləsində " Azərmaş Sənaye " MMC - nin avtobus və yük avtomobillərinin istehsalı zavodunun təməlqoyma mərasimi keçirilib. 

REAL xəbər verir ki, yeni, təməlqoyma mərasimində İran İslam Respublikasının sənayə, mədən və ticarət naziri Rza Rəhmani və İqtisadiyyat naziri Şahin Mustafayev iştirak edir.

Zavodda avtobus və yük avtomobilləri istehsal ediləcək. Layihənin ümumi dəyəri 10 milyon avrodur. İlkin mərhələdə 6, ikinci mərhələd isə 4 milyon avro vəsait ayrılacaq.

Zavodun istehsal gücü birinci çərhələrdə 500 ədəd avtobus və yük avtomobili, ikinci mərhələdə 1000 istehsal gücünə malikdir. 

Kompleksin ərazisi 5 hektardı. Zavodda birinci mərhədlə 100, ikinci mərhələdə 200 işçi çalışacaq. Texnologiysvə avadanlıqlar İseveç, Türkiyə,Almaniyadan gətiriləcək.

Modelin adlı olaraq bir avtobusun dəyəri 135-200 min avro məbləğində, bir yük avtomobilinin dəyəri isə 70-90 min avro olacaq.

Satış bazarları MDB ölkələri,Orta Asiya,İran və Pakistandır. 

Qeyd edək ki, Hacıqabul Səmayə Məhəlləsində İran və Azərbaycan nümayəndələri arasında ikitərəfli  görüşlər keçirilir.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə