Bakıda məişət tullantılarından başlayan yanğın ağaclara da keçib

Bakıda məişət tullantılarından başlayan yanğın ağaclara da keçib

Bu gün axşam saatlarında Bakının Xətai rayonu ərazisində yanğın baş verib.

REAL-ın ONA-ya istinadən verdiyi xəbərə görə, yanğın A.Novruzov və Qafqaz küçələrinin kəsişməsində qeydə alınıb.

Belə ki, həmin ərazidə qoyulmuş məişət tullantıları konteynerində yanğın başlayıb və güclü külək nəticəsində yaxınlıqda yerləşən 58 nömrəli məktəbin həyətindəki iki şam ağaclarına da keçib.

Hadisə ilə bağlı yanğından mühafizə xidmətinə xəbər verilib və yanğın söndürülüb. Ətrafda olan digər tikililərə ziyan dəyməyib.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə