Qobustanda müşavirə - VİDEO

 Qobustanda müşavirə - VİDEO
Toxumçuluqla bağlı 2019-cu ilin məsələləri müzakirə olunub

Qobustan rayonunda Kənd Təsərrüfatı naziri İnam Kərimovun sədrliyi ilə “Ölkədə toxumçuluğun mövcud vəziyyəti və 2019-cu ildə qarşıda duran vəzifələr” mövzusunda Respublika Müşavirəsi keçirilib.

Müşavirədə Kənd Təsərrüfatı Nazirliyi Aparatının nümayəndələri, müxtəlif rayonların icra hakimiyyəti strukturlarının məsul şəxsləri, Nazirliyin tabeli qurumlarının və Dövlət Aqrar İnkişaf Mərkəzlərinin direktorları, Elmi-Tədqiqat İnstitutlarının nümayəndələri, həmçinin 15 rayondan toxumçuluqla məşğul olan 177 fermer, toxum emalı və satışı ilə məşğul olan sahibkarlar iştirak ediblər.

REAL xəbər verir ki, tədbirdə Kənd Təsərrüfatı naziri İnam Kərimov, Nazirliyin bitki sortlarının qeydiyyatı və toxum nəzarəti üzrə Dövlət Xidmətinin rəis müavini Möhtəsim Əhmədov çıxış edib.

Azərbaycan Toxumçular Assosiasiyasının sədri Afər Hacıyev, “Agro Dairy”MMC-nin nümayəndəsi Fuad Kərimov, Balakən rayonunda meyvə ting istehsalı ilə məşğul olan Nəsrulla Orucov fəaliyyət göstərdikləri sahə ilə bağlı fikirlərini bölüşüblər. 
Müşavirədə toxum ilə təminat, toxumçuluğun inkişaf istiqamətləri, subsidiyaların verilməsi istiqamətində fikir mübadiləsi aparılıb, fermerlərin təklifləri qeydiyyata alınıb. 

Tədbirdə ölkədə toxumçuluğun inkişafı məqsədilə qarşıya qoyulan vəzifələrə toxunulub, bu cür müzakirələrin mütəmadi keçirilməsi qərara alınıb. 

Digər xəbərlər
Bu gün

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə