Avropa İttifaqı ilə saziş - VİDEO

Avropa İttifaqı ilə saziş - VİDEO
Azərbaycan və Avropa İttifaqı arasında saziş mayda imzalanacaq

Azərbaycanla Avropa İttifaqı arasında yeni saziş üzrə danışıqlar davam etdirilir.

Artıq bu xəbər tək Azərbaycanda deyil, ölkə hüdudlarından kənarda da diqqət mərkəzindədir. Elə Polşada səfərdə olan xarici işlər naziri Elmar Məmmədyarovdan da Varşavada keçirilən brifinqdə Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının genişləndirilməsinə dair atılacaq addımlarla bağlı sualı cavablandırmaq istənilib. 
Avropa İttifaqını daha yaxşı anlamağın yolunu başa düşmüşük. Ümid edirəm ki, Avropa İttifaqı da Azərbaycan və ya digər tərəfdaş ölkələri daha yaxşı başa düşməyi öyrənib. Brüssellə danışıqlarda rəsmi Bakı həmişə uğura aparan bir neçə yolunun olması mövqeyindən çıxış edib: "Qarşılıqlı razılaşma olmalıdır, bütün tərəflər üçün "win-win" vəziyyətinin olması mühüm elementdir".
Real tv-nin əldə etdiyi xəbərə görə, Azərbaycan-Avropa İttifaqı arasında yeni saziş bu ilin may ayında Brüsseldə imzalanacaq. İmzalanacaq yeni saziş layihəsi Azərbaycan tərəfindən hazırlanır. Gələn ay Brüsseldə tərəfdaşlığı möhkəmləndirmək üçün, bu institutu hansı istiqamətdə inkişaf etdirəcəyimizi başa düşə biləcəyimiz daha bir anlayış şaxəsinin əsasının qoyulacağı sammit keçiriləcək.

Avropa İttifaqı və Azərbaycanın bağlayacağı saziş layihəsində nələrin əksini tapacağını da ilk dəfə REAL tv-dən eşidəcəksiniz. Avropa İttifaqı–Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyevin sözlərinə görə, Azərbaycanla Avropa İttifaqı arasında yeni sazişlə bağlı yekunlaşma prosesi gedir. 

Bu yeni saziş gələcək illərdə Azərbaycan və Aİ arasında münasibətlər üçün yeni siyasi mərhələ və hüquqi əsas olacaq. Qeyd edək ki, Azərbaycan Avropa İttifaqı (Aİ) münasibətləri 1991-ci ildə yaranıb. 1996-cı ildə imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi siyasi dialoq, ticarət, sərmayə, qanunvericilik, elm və mədiyyət sahəsində əməkdaşlığı əhatə edir.2004-cü ildə Azərbaycan Avropa Qonşuluq Siyasətinə, 2009-cu ildə isə onun Şərq istiqaməti üzrə çoxtərəfli əməkdaşlıq formatı olan Şərq Tərəfdaşlığı proqramına daxil edilib.Aİ Azərbaycanın ticarət tərəfdaşları arasında birinci yeri tutur.

Digər xəbərlər
Bu gün

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə