Parisdə yüzlərlə insan Notr-Dam kilsəsindəki faciəni anır

Parisdə yüzlərlə insan Notr-Dam kilsəsindəki faciəni anır

Parisdə yüzlərlə insan Notr-Dam kilsəsindəki faciəni anır.

REAL "Report"a  istinadən xəbər verir ki, bu məqsədlə yüzlərlə insan Paris şəhər meriyasının qarşısına yığışıb. 

Mərasimdə Fransanın dövlət və hökumət rəsmiləri, o cümlədən daxili işlər naziri Kristof Kastaner, Paris şəhərinin meri An İdalqo, KİV təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak edirlər. 

Tədbir Jan Sebastyan Baxın prelüdü ilə başlayıb. Mərasimdə iştirak edən yüzlərlə insanı yanğınsöndürənləri alqışlayıblar.

Xatırladaq ki, aprelin 15-də Paris Notr-Dam kilsəsində yanğın baş verib və kilsə üzərindəki uzun qüllənin bir hissəsi aşıb, həmçinin məbədin saatı yanaraq məhv olub.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə