Avropa Liqasının Bakı finalına doğru - VİDEO

Avropa Liqasının Bakı finalına doğru - VİDEO
“Topçular” və “Yarasalar” daha şanslıdır

Bu gün UEFA Avropa Liqasında 1/4 final mərhələsiin cavab oyunları keçiriləcək.

Baş tutacaq 4 matçdan sonra yarımfinalçıların adlarına aydınlıq gələcək.

REAL xəbər verir ki, günün ən maraqla gözlənilən görüşü İtaliyada təşkil olunacaq. Burada yerli "Napoli" doğma azarkeşlər önündə İngiltərə "Arsenal"ını qəbul edəcək. Neapollular səfərdəki 0:2 hesablı məğlubiyyətin əvəzini çıxmağa çalışacaqlar. Start fitindən sonra İtaliya təmsilçisi erkən qol axtarışında olacaq. Topçular isə hesaba görə davranıb risk etməməyə şalışacaqlar.
İngiltərənin turnirdəki digər təmsilçisi "Çelsi" evdə Çexiyanın "Slaviya" kollektivini sınağa çəkəcək. Londondakı matçda "zadəganlar" 1-0 hesablı hesablı qələbə qazanıb - 1:0. Slaviyanın ingiltərədə sürpriz edəcəyini düşünənlər azdı. İntizamlı oyunu ilə seçilən çexiya təmsilçisi 1 qolla şansları bərabərləşdirə bilər. Zadəganlar isə ilk oyundan sonra başa düşüblər ki, belə rəqiblərə yuxarıdan aşağı baxmaq olmaz. Almaniyanın Avroliqadakı yeganə komandası "Ayntraxt" Frankfurtda Portuqaliya "Benfika"sının müqavimətini qırmağa çalışacaq. Səfərdəki qarşılaşmada 2:4 hesabı ilə uduzan meydan sahibləri yarımfinala vəsiqə üçün azı 3 top fərqi ilə qələbə qazanmalıdır. Birinci qarşılaşma göstərdi ki, hər iki komandanın müdafiə planında boşluqlar var. Deməli cavab matçında amilləri nəzərə alan tərəf üstünlük qazanacaq. İspaniyada təşkil olunacaq "Valensiya" "Vilyarreal" dueli də gərginlik vəd edir. Qonaqlar Mestalyadakı matça itkilərlə hazırlaşıb. Belə olan halda 1-3 hesablı məğlubiyyətin əvəzini çıxmaq az qala mümkünsüz görünür. İstənilən halda ispaniya klublarından biri adını yarımfinala yazdıracaq.

Qeyd edək ki, Avropa liqasının final oyunu Bakı Olimpiya stadionunda keçiriləcək.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə