Kanada şirkəti tezliklə Azərbaycanda yeni qazma qurğusundan əməliyyata başlayacaq

Kanada şirkəti tezliklə Azərbaycanda yeni qazma qurğusundan əməliyyata başlayacaq

Azərbaycanın quruda yerləşən "Muradxanlı-Cəfərli-Zərdab” neft yataqları blokunun işlənməsi ilə məşğul olan Kanadanın “Zenith Energy” şirkəti tezliklə yeni BD-260 qazma qurğusundan “Cəfərli” yatağındakı C-37 quyusunda qazma əməliyyatına başlayacaq.

REAL “Report”a istinadən xəbər verir ki, bunu “Zenith Energy” şirkətinin baş icraçı direktoru və prezidenti Andrea Kattaneo “Total Market Solutions”a müsahibəsində bildirib.

O qeyd edib ki, payızda yataqdakı C-40 quyusunda dərin qazma işləri aparılacaq. Onun sözlərinə görə, hər iki quyunun yaxşı imkanları var.

A.Kattaneo bildirib ki, tələbə uyğun olaraq şirkət yeni qazma qurğuları ala bilər.

Qeyd edək ki, "Muradxanlı-Cəfərli-Zərdab” neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında (PSA) saziş 2016-cı il martın 16-da Bakıda SOCAR və “Zenith Aran Oil Company Ltd.” şirkətləri arasında imzalanıb. Saziş Azərbaycan Milli Məclisi tərəfindən iyunun 14-də ratifikasiya olunub. Yataqlardan hasilat avqustun 11-də başlanıb.

“Zenith” şirkəti 80%-lik, bütünlükdə SOCAR-a məxsus ortaq neft şirkəti isə 20%-lik iştirak payına malikdir. Saziş 25 il müddətində qüvvədə olacaq, sazişin əlavə olaraq 5 il uzadılması ehtimalı da nəzərə alınıb. Yataqların ümumi sahəsi 642,4 kv. km ərazini əhatə edir.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə