Camal ailəsinə dəstək - VİDEO

 Camal ailəsinə dəstək - VİDEO
H.Əliyev fondundan nümunəvi addım

Heydər Əliyev Fondu Azərbaycan əsilli rusiyalı yazıçı-politoloq Heydər Camalın qızı Kausar Camalın və jurnalist Orxan Camalın oğlu Mansur Camalın bütün təhsil haqlarını öz üzərinə götürüb.
Bu barədə Heydər Camalın həyat yoldaşı Gülnar Camal bildirib. O deyib ki, həyat yoldaşı Heydər Camalın ölümündən və oğlunun qətlindən sonra Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva ailəyə başsağlıqlarını çatdırıb:

“2018-ci ildə Bakıda Mehriban xanım Əliyeva ilə görüşümüz oldu. Elə həmin görüşdə Mehriban xanım bizim ailəyə Heydər Əliyev Fondu tərəfindən istənilən köməyi göstərməyə hazır olduğunu bildirdi. Hazırda Heydər Əliyev Fondu Heydər Camalın qızı Kausar və Orxan Camalın oğlu Mansurun təhsilində bizə dəstək göstərir. Bu dəstəyə görə öz dərin minnətdarlığımızı bildiririk və hiss edirik ki, Azərbaycan bizim ikinci Vətənimizdir!”.
Heydər Əliyev Fondu göstərdiyi dəstək və yardımla bağlı məlumatların ictimailəşdirilməsinin tərəfdarı olmadığını bildirib və bununla yanaşı Gülnar Camalın verdiyi məlumatı təsdiqləyib. Qeyd olunub ki, Fond Heydər Camal və Orxan Camalın ailəsi ilə müntəzəm əlaqədədir və hər iki ziyalı azərbaycanlının övladları Mehriban Əliyevanın göstərişi ilə Fondun himayəsinə götürülüb
Bəs Azərbaycan ictimaiyyəti Heydər Camalı və Orxan Camalı kifayəq qədər tanıyırmı? tanıyır əlbəttə. Amma Rusiya ictimaiyyəti qədər yox. Çünki, Şiuşanın məşhur Sarıcalılar nəslindən olmasına baxmayaraq Heydər Camal bütün həyatı Rusiya ilə abğlı olub. Rusiyanın ən savadlı politoloqlarından və ideoloqlarından biri idi. Onu daha ayxından HƏmid Herisçi bizə tanıdacaq. 

Oğlu Orxan Camala gəlincə, ixtisasca geoloq olsa da, 1995-ci ildən jurnalistika ilə məşğul olmağa başlamış, "Nezavisimaya qazeta", "Novaya qazeta" da çalışmışdı. Şimali Qafqaz, Cənubi Osetiya, Əfqanıstan, İraq, Liviya kimi "qaynar nöqtələr"də, habelə Səudiyyə Ərəbistanında peşəkar fəaliyyətilə tanınanmışdı. 2011-ci il avqustun 22-də Liviyada Tripoli uğrunda gedən döyüşlərdə ayağından yaralanmışdı. Elə ölümü də peşəsi ilə bağlı oldu. 2018-ci ilin iyulun 31-də Mərkəzi Afrika Respublikasında qeyri-formal silahlı qrup olan "Vaqner" barədə film çəkərkən operator Kirill Radçenko və rejissor Aleksandr Ratorquyevlə birlikdə qətlə yetirildi. 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə