Azərbaycan kənd təsərrüfatı məhsullarının istehsalını artırıb

Azərbaycan kənd təsərrüfatı məhsullarının istehsalını artırıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 894,2 mln. manat təşkil edib ki, onun da 857,7 mln. manatı heyvandarlıq, 36,5 mln. manatı isə bitkiçilik məhsullarının payına düşüb.

REAL-ın ONA-ya istinadən verdiyi məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 3,6%, o cümlədən heyvandarlıq məhsulları üzrə 2,8%, bitkiçilik məhsulları üzrə isə 24,7% artıb.

Kənd təsərrüfatında  yaz-tarla işləri aparılır və 2019-cu il aprel ayının 1-nə kimi 126,4 min hektar sahədə və ya 2018-ci ilin eyni dövrü ilə müqayisədə 10,4% çox yazlıq bitkilərin səpini aparılıb. Bu dövrdə 21,5 min hektar sahədə dənlilər və dənli paxlalı bitkilər (ondan 1,7 min hektarı dən üçün qarğıdalı), 28,8 min hektar sahədə kartof, 25,9 min hektar sahədə tərəvəz, 3 min hektar sahədə bostan bitkiləri, 3,1 min hektar sahədə şəkər çuğunduru, 2,9 min hektar sahədə dən üçün günəbaxan, 40,7 min hektar sahədə çoxillik otlar və 0,5 min hektar sahədə birillik otlar əkilib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin birinci rübündə iri buynuzlu mal-qaranın sayı 11,4 min baş azalaraq 2 672,7 min baş, qoyun və keçilərin baş sayı 95,5 min baş azalaraq 8 563,7 min baş olub. Bu dövrdə diri çəkidə 122,9 min ton ət, 467,5 min ton süd, 442,4 mln. ədəd yumurta, 68,3 min ton tərəvəz istehsal olunub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 3,1%, süd istehsalı 2%, yumurta istehsalı 1,8%, tərəvəz istehsalı 32% artıb.

Bu ilin mart ayında fevral ayına nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 1,2%, o cümlədən bitkiçilik məhsullarının istehsalçı qiymətləri 3,8% artıb, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 1% azalıb. Ay ərzində balıq və sair balıqçılıq məhsullarının istehsalçı qiymətləri 3,9% artıb, meşə təsərrüfatı məhsullarının istehsalçı qiymətləri isə sabit qalıb.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə