"Total": "Abşeron" yatağında əməliyyat işləri hələ bitməyib

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşə "Abşeron" yatağında qazılan ilk istismar quyusunda texniki işlərin aparılması davam etdiriləcək.

REAL xəbər verir ki, bu barədə ONA-ya Fransanın "Total" şirkətindən bildirilib.

"Quyun qazılması artıq başa çatıb, lakin, buna baxmayaraq quyuda əməliyyat işlərinin aparılması davam etdiriləcak", - deyə şirkətdən bildirilib.

Məlumata görə, ərazidə həm texniki, həm də məlumatların dəqiqləşdirilməsi işlərinin aparılması davam etdiriləcək. Gələcəkdə quyunun ikinci qolu da qazıla bilər. Şirkət quyuda nəzərdə tutlan iş qrafikini dəqiqləşdirməyib.

Qeyd edək ki, “Caspian Driling” şirkətinin idarəçiliyi altında olan "Heydər Əliyev" altıncı nəsil yarımdalma qazma qurğusu Xəzər dənizində ən dərin quyunun qazılması üzrə rekorda nail olub. Qazma işləri "Abşeron" (ABD-001 - quyu) yatağında aparılıb.

Quyu 15 aprel 2019-cu il tarixdə saat 13:00-da 7 411 metr (ümumi ölçülmüş dərinlik) dərinliyə çatıb. Bu, Xəzər dənizində hal-hazıradək qazılmış ən dərin quyudur. Qazma qurğusu “Caspian Driling” MMC-nin rəhbərliyi altında 2017-ci ildə Xəzər tərsanəsində tikilib, sınaqdan keçirilib və qurğuya ümummilli lider Heydər Əliyevin adı verilib. Hazırki quyu “Heydər Əliyev” yarımdalma qazma qurğusunun qazdığı ilk quyudur.

SOCAR-ın qiymətləndirmələrinə görə, "Abşeron" yatağının potensial ehtiyatları 350 mlrd. kubmetr qaz və 45 mln. ton kondensat təşkil edir. "Abşeron" dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair saziş 2009-cu ildə imzalanıb. Hazırda layihənin iştirakçıları SOCAR (50%) və "Total" (50%) şirkətləridir. Yatağın operatoru "SOCAR Absheron" və "Total E&P Absheron" törəmə şirkətlərinin bərabər paylarla iştirak etdiyi JOCAP (Joined Operating Company Absheron Petroleum) birgə müəssisəsidir.

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Abşeron" yatağından ilk qaz hasilatına 2020-ci ilin üçüncü rübündə başlanacağı gözlənilir. İlkin dövrdə yataqda ildə 1,5 mlrd. kubmetr qaz hasil olunacağı gözlənilir, 2022-2023-cü illərdə isə bu göstərici ildə 4 mlrd. kubmetrə çatdırılması planlaşdırılır.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə