Dünya Kubokunda iştirak edəcək Azərbaycan gimnastlarının adları dəqiqləşib

Dünya Kubokunda iştirak edəcək Azərbaycan gimnastlarının adları dəqiqləşib

Bədii gimnastika üzrə Azərbaycan millisinin heyəti açıqlanıb. 

Azərbaycan Gimnastika Federasiyasından REAL-a verilən məlumata görə, yığmamız aprelin 26-28-də Bakıda keçiriləcək Dünya Kubokuna 7 idmançı ilə qatılacaq. 

Ölkəmizi yarışın fərdi proqramında Zöhrə Ağamirova və Veronika Hudis təmsil edəcəklər. Qrup hərəkətləri üzrə mübarizədə isə xalça üzərinə Aliyə Paşayeva, Siyana Vasilyeva, Diana Əhmədbəyli, Ayşən Bayramova və Zeynəb Hümmətova çıxacaqlar. 

Qeyd edək ki, 39 ölkədən 200-dən çox idmançının gücünü yoxlayacağı gözlənilir. 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə