“Bölgələrdən Bölgələrə” yaradıcılıq festivalı Ağcabədidə keçirilib

“Bölgələrdən Bölgələrə” yaradıcılıq festivalı Ağcabədidə keçirilib

“Bölgələrdən Bölgələrə” yaradıcılıq festivalının növbəti dayanacağı Ağcabədi rayonu olub.

REAL-ın ONA-ya istinadən xəbərinə görə, Mədəniyyət Nazirliyinin regional mədəniyyət idarələrini əhatə edən rayon və şəhərlərin iştirakı ilə festival Ağcabədi şəhərinin Heydər Əliyev Meydanında baş tutub.

Festivalda Mədəniyyət Nazirliyinin nümayəndələri, regional mədəniyyət idarələrinin rəisləri, mədəniyyət işçiləri və minlərlə ağcabədili iştirak edib.

Festivalda sənətkarlar arasında fiziki imkanları məhdud incəsənət ustalarının da yaradıcılığına yer verilib.

Festival çərçivəsində Ağcabədi Regional Mədəniyyət İdarəsinin Ağcabədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi respublikamızda “Nəsimi İli” elan edilməsi ilə əlaqədar olaraq “Oxu” şüarı adı altında kitab guşəsi də təşkil edib. Bundan başqa, ədibin qəzəllərini Nəsimi obrazında olan məktəblilər qonaqlar üçün səsləndiriblər.

Festivalda sərgi çadırları qurularaq İsmayıllı ustalarının metalişləmənin fərqli texnika və üsullarından istifadə edərək hazırladıqları misgərlik nümunələri, məişət qabları, kəlağayılar, Sumqayıt sənətkarlarının bədii tikmənin bir çox növünə aid zərif naxışlı tikmələri, çay daşları və ağacdan hazırladıqları muncuq və digər bəzək əşyaları, Masallı regional idarəsi tərəfindən təqdim olunan həsirdən hörmə, toxuma əl işləri, ağacoyma və dulusçuluq kimi digər nümunələr maraqla qarşılanıb. 

Regional mədəniyyət idarələri sərgidə ziyarətçilərə dünya xalqlarına aid qədim və müasir incəsənət əsərlərini də nümayiş etdiriblər.

Tədbirin sonunda inccəsənət xadimləri konsert proqramı ilə çıxış edib və atəşfəşanlıq olub.

Qeyd edək ki, Mədəniyyət Nazirliyi ikinci dəfədir ki respublikamızda, “Bölgələrdən Bölgələrə” yaradıcılıq festivalı keçirir. Bu festival iki ay davam edəcək.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə