“Raquf Orucov Kuboku” keçirilir

“Raquf Orucov Kuboku” keçirilir
Cüdo üzrə beynəlxalq turnirin açılış mərasimi

Bakıda “Raquf Orucov Kuboku” ("Raguf Orujov Cup") üçüncü beynəlxalq cüdo turniri keçirilir.

REAL xəbər verir ki, yarışda ümumilikdə 16 yerli və xarici klub komandasının iştirakı planlaşdırılıb. Belə ki, Rusiya, Türkiyə, İran, Qazaxıstan və Gürcüstanın klub komandaları yarışda iştiraklarını təsdiqləyiblər.

“Azman Holdinq”in tərkibinə daxil olan “Judo Club 2012” idman klubunun təşkil etdiyi ənənəvi beynəlxalq turnir Bakı İdman Sarayında keçirilir. Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə təşkil edilən turnirdə yaşı 21-dək (U-21) olan gənclərdən ibarət klub komandaları birincilik uğrunda yarışırlar.

Turnirin təşkilində əsas məqsəd gənclərə vətənpərvərlik hissi və döyüş ruhu aşılamaq, onların Vətənin müdafiəsinə hazırlıq səviyyəsini artırmaq, həmçinin idmançılar arasında dostluq və yoldaşlıq hisslərini möhkəmləndirməkdir.

Digər xəbərlər
Bu gün

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə