Sözün mehmanı - VİDEO

Sözün mehmanı - VİDEO
Mehman Rəsulovun kitabının imza günü oldu

Ona payız adamı demək gözünün içinə qədər yalan deməkdir. Görmüşük ki, payız dumanlı çiskinli olur, yağışlı-yağmurlu olur. Bu adam isə əsl yaz adamıdır. Həm də yazı adamı.

Mehman Rəsulov, qələm dostum, jurnalist, REAL tv-nin əməkdaşı və ən başlıcası şeirlərini real həyatdan götürüb oxucularına romantik bir üslubda çatdıran adam.

Onun imza gününə ədəbiyyat adamları , söz adamları, dostları, kitabsevərlər yığışmışdı. Hamısının deyəcək sözləri vardı. 

Dostlarından biri maraqlı bir xatirə danışdı. Dedi ki, Mehman şerlərinin çoxunu kağızdan düzəltdiyi təyyarədə havaya uçurdub, yoxsa oxucusuna daha çox şeir imkanı yaradardı. Mənə görə, Mehman havaya uçurduqlarını havayı uçurtmayıb. Ələyib-ələyib və yaxşılarını saxlayıb. Şeirləri bu millətin yaddaşında mehman yox, əbədi qalsın deyə. 

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə