İspaniyada beynəlxalq turnirin növbəti turunda şahmatçımız heç-heçə edib

İspaniyada beynəlxalq turnirin növbəti turunda şahmatçımız heç-heçə edib

İspaniyada azərbaycanlı şahmatçının da iştirak etdiyi beynəlxalq turnir davam edir.

REAL xəbər verir ki, turnirin dördüncü turunda qrossmeysterimiz Azər Mirzəyev rusiyalı idmançı Yevgeni Qleizerovla heç-heçə edib.

Qeyd edək ki, idmançımız əvvəlki turlarda qələbə qazanıb. 3,5 xalla turnir cədvəlinin dördüncü pilləsində qərarlaşan şahmatçımız beşinci turda Fransa təmsilçisi Pierre Barbotla mübarizə aparacaq.

İsveçrə üsulu ilə keçirilən turnir aprelin 20-də başa çatacaq.

Digər xəbərlər
Bu gün
Dünən