Formula hazırlığı - VİDEO

Formula hazırlığı - VİDEO
Böyük şəhər böyük yarışa hazırdır

Ölkəmiz Formula 1 yarışlarının ev sahibliyi ərəfəsindədir.
Şəhər küçələrinin fəthinə sayılı günlərin qaldığını nəzərə alaraq hazırlıq işləri intensiv gedir. 

Hər il olduğu kimi bu il də şəhərimiz çoxlu turist qəbul etməyə hazırlaşır. Bu il turistlərin əsasən qərbi Avropa və Böyük Britaniyadan gəlişi gözlənilir. Turistlərin çoxluğunu nəzərə alaraq bütün kompleks tədbirlər həyata keçirilir. Şəhər sakinləri və turistlərin təhlükəsizliyini təmin etmək məqsədilə trekin qıraqlarına xüsusi dəmir məhəccərlər quraşdırılb.

Tribunların və otucaqların quraşdırılması prosesi yekunlaşmaq üzrədir, şəhər sakinləri və turistlər yarışları quraşdırılan xüsusi monitorlar vasitəsilə izləyə biləcəklər. 
Yarış ərəfəsində bəzi yollarada hərəkət məhdudlaşdırılacaq. Yollarda sıxlıqlar yaranmasın deyə xüsusi alternativ yollar təyin olunub. Küçələrdə nəqliyyatın hərəkətinə nəzarət Dövlət Yol Polisi tərəfindən həyata keçiriləcək.

Ötən Formula 1 yarışları kimi bu il də Bakı küçələrinin fəthi böyük marağa səbəb olacaq.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə