Kənd Təsərrüfatı Nazirliyi 432 nəfəri işə götürəcək

Kənd Təsərrüfatı Nazirliyi 432 nəfəri işə götürəcək

Kənd Təsərrüfatı Nazirliyi (KTN) 432 inzibati vakant dövlət qulluğu vəzifəsinə qəbul elan edib.

Nazirlikdən REAL-a bildirilib ki, aprelin 15-dən bu vakant vəzifələr üzrə sənəd qəbulu başlayıb. Müsabiqəyə təqdim olunmuş vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları Dövlət İmtahan Mərkəzinin internet portalında yerləşdirilib.

Müsahibə mərhələsi üzrə qeydiyyat mayın 15-dək davam edəcək.
Kənd Təsərrüfatı Nazirliyi hüquqşünas, aqrar sahədə ixtisas almış aqronom, bioloq, zooloq, baytar, torpaq üzrə mütəxəssis və zoomütəxəssisləri, maliyyə-təsərrüfat fəaliyyəti üzrə müvafiq ixtisası olan şəxsləri müsahibələrdə iştiraka dəvət edir.

Təqdim olunan vakant vəzifələr Kənd Təsərrüfatı Nazirliyinin Mərkəzi Aparatı, Dövlət Aqrar İnkişaf Mərkəzlərində bitkiçilik və heyvandarlıq sektoru, maliyyə-təsərrüfat sektoru üzrə müəyyənləşib. 

Elanla aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür:
http://eservices.dim.gov.az/dqq/Report/MsbMshVakUzreHesabat?ElanID=268&DoKod=208 
http://eservices.dim.gov.az/dqq/Report/MsbMshVakUzreHesabat?ElanID=267&DoKod=208 

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə