Ağır Atletikamızın Nizamisi - VİDEO

Ağır Atletikamızın Nizamisi - VİDEO
Keçmişin dopinq qalıqları

Ağırlıqqaldırma üzrə ikiqat dünya və Avropa çempionu Nizami Paşayevin cəza müddəti açıqlanıb.

Yığamamızın sabiq üzvü, 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında istifadəsi qadağan olunmuş preparatlardan yararlandığı üçün 8 il müddətinə cəzaya mərtuz qalıb. 38 yaşlı veteran idmançının orqanizmində dehidroxlormetiltestosteron, oksandrolon və stanozolol preparatları aşkarlanıb. Paşayev idmançı karyerasını bitirdiyi üçün cəza müddəti şərti xarakter daşıyacaq.

Qeyd edək ki, 2017-ci il sentyabrın 30-da Azərbaycan idmançıları Belarus, Ermənistan, Çin, Moldova, Qazaxıstan, Rusiya, Türkiyə və Ukrayna ilə birgə 1 il müddətinə bütün yarışlardan kənarlaşdırılıb. Səbəb kimi 2008-ci il Pekin və 2012-ci il London Yay Olimpiya Oyunlarında çıxış etmiş atletlərin dopinq-testlərinin təkrar analizlərinin müsbət çıxması göstərilib.

Azərbaycan 5 atletin dopinq-testinin təkrar analizlərinin müsbət nəticə verməsi səbəbindən cəzaya məruz qalıb. Pekin olimpiadasında Sərdar Həsənov, İntiqam Zairov və Nizami Paşayev, Londonda isə Boyanka Kostova və İntiqam Zairovun orqanizmindən istifadəsi qadağan olunmuş maddələr tapılıb.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə