Yenilənən enerji - VİDEO

Yenilənən enerji - VİDEO
“Şimal-1” elektrik stansiyasında təmir bərpa işləri aparılıb

“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti “Reabilitasiya Proqramı” çərçivəsində Şüvəlan qəsəbəsində yerləşən “Şimal-1” Elektrik Stansiyasında son aylarda təmir, sazlama və bərpa işləri aparıb.

“Şimal-1” Elektrik Stansiyasının blokundakı zədələnmiş rutor dəyişdirilərək başqası ilə əvəz edilib. 100 tona qədər çəkisi olan rutorun dəyişdirilməsi ilə bağlı elektrik stansiyasının fəaliyyətinin dayandırılması fürsətindən istifadə edilərək, xarici və yerli mütəxəssislərin iştirakı ilə yanacaq kompressoru, işçi kürəklər, o cümlədən digər avadanlıq, aqreqatlar yenilənib, təmizlənib və təmir edilib. Təmirdən sonra “Şimal 1” elektrik stansiyasında sınaq işləri aparılıb və blok işə salınıb.

Azərenerji ASC-nin vitse-prezidentinin müavini Vüqar Şahmuradov, Azərenerji ASC-nin İctimaiyyətlə əlaqələr Mərkəzinin rəisi Teymur Abdullayev REAL-a ətraflı məlumat verib.

Ümumilikdə isə ötən ilin sentyabr ayından sonra aparılan yenidənqurma, təmir və bərpa işləri nəticəsində“Şimal-1” elektrik Stansiyasınınn gücü 350 meqavatdan 380 meqavata qaldırılıb və bununla da itirilmiş 30 meqavat güc bərpa edilib.
Şimal-1 Elektrik Stansiyasında görülən işlərlə paralel olaraq təməli Respublika Prezidenti İlham Əliyev tərəfindən qoyulan 400 Meqavatlıq “Şimal-2” Elektrik Stansiyasınınn tikitisi də son aylarda sürətləndirilib və artıq yekun mərhələyə qədəm qoyub. “Şimal-2” Elektrik Stansiyasının enerji blokunda Yaponiyanın “Mitsubishi” şirkətinin mütəxəsisləri ilə birlikdə sazlama işləri davam edir və hər həftənin bir günü qurğu işə salınaraq yoxlanılır. Yay aylarda “Şimal-2” Elektrik Stansiyası istismara buraxılacaq.
Burada tikilən İdarəetmə Mərkəzinin sayəsində “Şimal-1” və “Şimal-2” elektrik stansiyalarının paralel istismar edilməsi daha stabil və qənaətcil olacaq. 

Qeyd edək ki, Azərenerji Açıq Səhmdar Cəmiyyəti Reablitasiya Proqramı çərçivəsində ölkədəki digər elektrik stansiyalarında da yenidənqurma təmir və bərpa işləri aparır.

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə