UNEC 1-ci liqanın qalibi olub - VİDEO

UNEC 1-ci liqanın qalibi olub - VİDEO
Komanda gələn mövsümdən yüksək liqada yarışacaq

Qadın voleybolçulardan ibarət komandalar arasında keçirilən I liqa yarışlarına yekun vurulub.

REAL xəbər verir ki, İqtisad universitetinin zalında keçirilmiş 3-cülük uğrun da görüşdə Xətai və Gəncə komandaları üz-üzə gəliblər.

Qarşılaşma Xətai voleybolçularının 3-1 hesablı zəfəri ilə yadda qalıb. Daha sonra meydançaya yarışın finalçıları dəvət olunublar. Həlledici qarşılaşma UNEC və Azərreyl komandaları arasında baş tutub. Oyun ərzində rəqibindən daha yaxşı təsir bağışlayan tələbələr quru hesablı qələbəyə seviniblər. 3-0. Bununla da UNEC birinci liqanın çempionu adını qazanıb. 

Daha sonra 1-ci liqada ilk 3 yeri tutmuş komandalara diplim və medallar təqdim olunub. Mükafatları voleybolçulara İqtisad universitetinin Rektoru Ədalət Muradov, Voleybol Federasiyası Prezidentinin Müşaviri Əbülfəz Hüseynov və digər rəsmilər təqdim ediblər.

Qeyd edək ki, çempion adını qazanmış UNEC komandası gələn mövsümdən etibarən yüksək liqada mübarizə aparacaq. Qadın voleybolçulardan ibarə millimizi isə qızıl avropa liqasında gərgin mübarizə gözləyir.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə