Diaspor təşkilatları birləşdi - VİDEO

Diaspor təşkilatları birləşdi - VİDEO
Ukrayna Azərbaycanlıları Radasının Təsis Qurultayı keçirilib

Kiyevdə yeni yaradılmış Ukrayna Azərbaycanlıları Radasının təsis qurultayı keçirilib. 

Ukrayna və Azərbaycanın dövlət himnlərinin səslənməsi ilə başlayan təsis qurultayında Ukrayna Ali Radasının deputatları, Mədəniyyət Nazirliyinin məsul şəxsləri, Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev və ölkənin ictimai-siyasi xadimləri iştirak ediblər.

Qurultayda çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov diaspor təşkilatlarının birliyindən söz açaraq deyib ki, bir çox ölkələrdə bu birliyinə nail olunub. 

Sonra səsvermə nəticəsində Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov və Kiyev Azərbaycanlıları Konqresinin sədri Oleq Krapivin UAR-ın həmsədrləri seçiliblər. UAR-ın baş katibi isə Seyid Qədiməliyev təyin olunub. Eyni zamanda, 3 əsas təşkilatın hər birindən 5 nəfər olmaqla İdarə Heyətinə üzvlər seçilib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə