Problemli kreditlərə görə təzminat alacaq şəxslərin SİYAHISI

Problemli kreditlərə görə təzminat alacaq şəxslərin SİYAHISI

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) problemli kreditlər üzrə təzminat alacaq bütün vətəndaşların siyahısını rəsmi saytda (https://pk.fimsa.az/) açıqlayıb.

REAL xəbər verir ki, bunu Modern.az-a Maliyyə Bazarlarına Nəzarət Palatasından bildiriblər.

***

Bu gün Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) problemli kreditlər üzrə təzminat alacaq bütün vətəndaşların siyahısını rəsmi saytda (pk.fimsa.az) açıqlayacaq.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib.


İqtisadçı deputatın sözlərinə görə, təzminat alacaq vətəndaşların sayının 400-600 min arası olduğu təxmin edilir:


“Dəqiq say siyahı açıqlananda biləcəyik”.

 
V.Əhmədov qeyd edib ki, problemli kreditlərlə bağlı Prezidentin verdiyi fərmanın vaxtında yerinə yetiriləsi üçün ciddi iş gedir.

Prezident İlham Əliyev Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərman imzalayıb. Fərmana əsasən fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş borclarına güzəştlərin tətbiq edilməsi nəzərdə tutulub.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə