Azərbaycan taekvondoçuları Ukraynada 9 medal qazanıblar

Azərbaycan taekvondoçuları Ukraynada 9 medal qazanıblar

Xarkovda taekvondo üzrə keçirilən açıq Ukrayna çempionatı başa çatıb. 

REAL- ın ONA-ya istinadən məlumatına görə, G1 kateqoriyalı beynəlxalq turnirdə 9 idmançı ilə təmsil olunan Azərbaycan millisi maksimum nəticə göstərib. 

Belə ki, taekvondoçularımızdan Qaşın Maqomedov (58 kq), Milad Harçeqani (80 kq), Ramin Əzizov (87 kq), Radik İsayev (+87 kq) və Patimat Abakarova (53 kq) bütün rəqiblərinə qalib gəlməklə, çempion tituluna yiyələniblər. 

Bəhruz Quluzadə (54 kq) və Fəridə Əzizova (67 kq) finalda məğlub olduqlarından gümüş, Cavad Ağayev (68 kq) və Ayxan Tağızadə (74 kq) isə yarımfinalda uduzduqlarından yarışı bürünc medalla başa vurublar.

"Gədəbəy" taekvondo klubunu təmsil edən Beyrək Bağırov (87 kq) da turnirə qatılıb və 3-cü olub.

Qeyd edək ki, 58 kq çəki dərəcəsində mübarizə aparan Qaşın Maqomedov qızıl medalla yanaşı, yarışın ən yaxşı idmançısı nominasiyasının da qalibi olub.

Digər xəbərlər
Bu gün
Dünən