Ümumdünya İrs Komitəsinin Bakıda keçiriləcək iclasına 3 mindən çox qonaq qatılacaq

Ümumdünya İrs Komitəsinin Bakıda keçiriləcək iclasına 3 mindən çox qonaq qatılacaq

2019-cu il iyunun 30-dan iyulun 10-dək Bakıda keçiriləcək UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına müxtəlif ölkələrdən 3 mindən artıq nümayəndə qatılacaq.

REAL xəbər verir ki, bunu jurnalistlərə Qobustan Dövlət Tarix-Bədii Qoruğunda keçirilən kütləvi ağacəkmə aksiyasında mədəniyyət naziri Əbülfəs Qarayev deyib.

Ə.Qarayev bildirib ki, Azərbaycan Ümumdünya İrs Komitəsinin 43-cü iclasına sədrlik edəcək: “Dünya İrsi Siyahısında milli sərvətimiz olan Qobustan qoruğunun da öz yeri var və Azərbaycana səfər edəcək 3 min nəfərdən ibarət nümayəndə heyətlərinin də bura səfəri nəzərdə tutulub”.

Ə.Qarayev qeyd edib ki, 10 gün davam edəcək tədbir zamanı Azərbaycan dünya ictimaiyyətinin diqqət mərkəzində olacaq.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə