Göndəriş və kvotayla işləyənlərin işdən çıxarılmasının səbəblərinin açıqlanması tələb ediləcək

Göndəriş və kvotayla işləyənlərin işdən çıxarılmasının səbəblərinin açıqlanması tələb ediləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Kollegiyası “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin göndərişi ilə işə qəbul edilənlər, o cümlədən kvota üzrə işə qəbul edilənlər və işdən çıxarılanlar haqqında aylıq hesabatın təqdim edilməsi qaydası və formasının təsdiq edilməsi barədə” qərar qəbul edib.

REAL xəbər verir ki, aprelin 13-dən qüvvəyə minən Qaydaya əsasən, nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin (MEİS) Məşğulluq Alt Sistemi ( MAS) ayda bir dəfə növbəti ayın 5-dən gec olmayaraq hesabatı elektron şəkildə yaradacaq.

Hesabat aşağıdakı qaydada təqdim olunur:

- Hesabat ayı ərzində nazirliyin göndərişi ilə işə qəbul edilənlər, o cümlədən, kvota üzrə işə qəbul edilənlər və işdən çıxarılanlar haqqında məlumatlar əsasında MAS tərəfindən formalaşmış hesabat işəgötürənin şəxsi kabinetində əks etdirilir;

-işəgötürən hesabatın şəxsi kabinetdə əks olunduğu tarixdən 2 iş günü müddətində hesabatda olan məlumatları yoxlayaraq elektron imzası ilə təsdiq edir;

- işəgötürən hesabatdakı məlumatlarla razı olmadıqda, həmin məlumatlara düzəlişlər edir və düzəliş edilmiş hesabatı izahla birlikdə MAS-a təqdim edir.

Hesabatda aşağıdakı məlumatlar göstərilir:

- hesabatı təqdim edən işəgötürənin adı, ünvanı, əsas fəaliyyət növü, eyniləşdirmə nömrəsi və hesabat ayı;

- hesabat ayı ərzində nazirlik tərəfindən verilmiş göndərişlərin sayı;

- hesabat ayı ərzində nazirlik tərəfindən verilmiş göndərişlər üzrə işə qəbul edilənlərin sayı;

- hesabat ayı ərzində kvota üzrə işə qəbul edilənlərin sayı;

- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş göndərişlər (o cümlədən kvota) üzrə hesabat ayı ərzində işdən çıxarılanların sayı və işdən çıxarılma səbəbləri.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə