Energetika Nazirliyində 795 vətəndaşın müraciətinə baxılıb

Energetika Nazirliyində 795 vətəndaşın müraciətinə baxılıb

Bu ilin I rübü ərzində Azərbaycan Energetika Nazirliyinə istehlakçıların hüquqlarının qorunması, abonentlərin elektrik enerjisi və təbii qazla təchizatı, sayğaclaşdırma və digər məsələlərlə bağlı 795 müraciət daxil olub.

REAL-a Nazirlikdən verilən xəbərə görə, bunlardan 357 müraciət elektrik sayğaclarının quraşdırılması, borc və cərimələrin hesablanması, enerji təchizatı şəbəkəsinə qoşulmaya görə texniki şərtin verilməsi, elektrik enerjisi verilişinin dayandırılması, elektrik qurğu və avadanlıqlarının istismara yararsız olması və elektrik enerjisi təchizatında yaranan digər çatışmazlıqlarla bağlı olub.

Müraciətlərin 216-nı qaz xəttinə qoşulma, qaz təchizatının fasilələrlə verilməsi, qaz sayğaclarında yaranan qüsurlar, izafi borcun yaranması və qaz təchizatında yaranmış digər problemlərlə bağlı ərizə və şikayətlər təşkil edib.

Daxil olan müraciətlərdən 8-i istilik enerjisinin verilişi, 165-i isə müxtəlif məsələləri əhatə edib. 49 müraciət qaldırılan problemlərin həlli ilə bağlı təşəkkür məktubu olub.

Bu dövr ərzində müraciətlərin 566-ı nazirlik və Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada araşdırılaraq cavablandırılıb, 45 müraciət isə müvafiq tədbirlər görülməsi üçün aidiyyəti qurumlara göndərilib.

Hesabat dövründə nazirlikdə həmçinin rəhbər vəzifəli şəxslər tərəfindən vətəndaş qəbulu həyata keçirilib, qaldırılan məsələlərin hərtərəfli araşdırılması və lazımi tədbirlərin görülməsi üçün müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, Energetika Nazirliyi tərəfindən vətəndaş müraciətlərinə baxılması işinin səmərəli təşkili məqsədilə nazirlikdə rəhbər vəzifəli şəxslərin 2019-cu il üzrə vətəndaş qəbulu qrafiki hazırlanıb və nazirliyin saytında yerləşdirilib.

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə