“Qəbələ” “Sürix”lə oynayacaq

“Qəbələ” “Sürix”lə oynayacaq
Qurban Qurbanovun yetirmələri “Kuban”a qarşı

Mövsümün ikinci yarısına hazırlığı davam etdirən klublarımızdan “Qəbələ” və “Qarabağ” bu gün növbəti yoxlama oyunlarını keçirəcəklər.

Roman Qriqorçukun yetirmələri İsveçrənin “Sürix” klubu ilə qarşılaşacaq. “Kaya Belek” otelinin meydançasında baş tutacaq matç Bakı vaxtı ilə saat 16:30-da başlayacaq.

“Qarabağ” isə toplanış çərçivəsində ilk yoxlama oyununa çıxacaq. Qurban Qurbanovun komandası Rusiyanın “Kuban” klubu ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər