Yüksək hərbi hazırlıq - VİDEO

Yüksək hərbi hazırlıq - VİDEO
Müdafiə naziri Z.Həsənov: "Azərbaycan əsgəri heç vaxt tərəddüd etmir"

Rəsmi Bakı Ermənistanın müdafiə nazirinin “yeni ərazilər tutmaq üçün yeni müharibə” bəyanatı ilə əlaqədar mümkün nəticələrə görə məsuliyyəti İrəvanın üzərinə qoyub.

Azərbaycan Xarici işlər nazirliyinin bəyanatında qeyd olunub ki, Ermənistanın müdafiə naziri David Tonoyanın bəyanatı uzun illər ərzində aparılan danışıqlar prosesini ciddi sual altına qoyur.

Sözsüz ki, Ermənistan xarici işlər nazirinin bu açıqlaması Ermənistanın daxili siyasətində deyil həm də ordusunda baş alıb gedən hərc-mərclikdən fikir yayındırmaqdan savayı bir şey deyil. Çünki maddi texniki bazası, hərbi heyətin psixoloji hazırlığı ilə Azərbaycan Ordusundan dəfələrlə geridə qalan bir ordu komandanı uğursuzluqlarını yalnız belə sərsəm bəyanatlarla kölgələmək istəyir. Amma bir nüansı nəzərə almır. Səngərdə dayanan Azərbaycanın ləyaqət, qüdrət simvolu olan Azərbaycan əsgərini.

Qüdrətli Azərbaycan əsgəri Ermənistan ordusunun keçilməz səngərləri, güclü silahlanması ilə bağlı mifləri düz 3 il bundan əvvəl alt-üst etdi. 4 günə sığdırdığı böyük hərbi əməliyyatlarda azad etdiyi yüksəkliklərlə. 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə