Çay üstündə qala - VİDEO

Çay üstündə qala - VİDEO
Bu gün o qalanın təslimindən 26 il ötür

Kəlbəcər qədim türk toponimində “çay üstündə qala” deməkdir..Bu gün bu qalanın təslimindən 26 il ötür. 

1993-cü il martın 23-dən aprelin 3-dək 10 sutkadan çox gedən gərgin döyüşlərdə 701 saylı hərbi hissə, Kəlbəcər könüllüləri düşmənin daha üstün qüvvəsi ilə qeyri bərabər döyüş və mühasirə şəraitində vuruşaraq 450 nəfərdən çox itki ilə geri çəkildi. 60 min Kəlbəcərli təxliyyə edildi. 

Onlar bu gün Azərbaycanın 56 rayon və şəhərinin 707 yaşayış məntəqəsində qaçqınlıq şəraitində yaşayır. Kəlbəcər rayonu ərazisində qalmış 13.000-dək fərdi mənzil, 37.852 ha meşə sahəsi indi də talan olmaqdadır..

Bu kadrlar internetdə Kəlbəcərin işğalından 10 gün sonra adı ilə paylaşılıb. Lələ köçüb yurdu qalıb belədə deyiblər. Kəlbəcərdə -bu quru yurdda at oynadan düşməndir. Və üstündən 26 il keçəndən sonra da vəziyyət dəyişməyib. Yenə də erməninin qılıncının dalı da kəsir, qabağı da. Sanki tək sadə bir kəlbəcərlinin evini yox, dünyanı da yağmalıyıblarmış kimi, Hələ ki Dünya onların çaldığına oynayır. Kim bilir, bəlkə tarımızı da orda qoyub gəldiyimiz üçün… 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə