Martın 24-ü Ümumdünya Vərəmlə Mübarizə Günüdür

Martın 24-ü Ümumdünya Vərəmlə Mübarizə Günüdür
2014-cü ilin statistikasına görə, 9,6 milyon insan vərəmə yoluxub, onlardan 1,5 milyonu (140 min uşaq) vəfat edib

Ümumdünya Vərəmlə Mübarizə Günü Dünya Səhiyyə Təşkilatının qərarı ilə hər il martın 24-də qeyd edilir. 1882-ci ildə alman mikrobioloqu Robert Kox vərəmin törədicilərini kəşf edib.

Ümumdünya Vərəmlə Mübarizə Gününün keçirilməsində məqsəd əhalini məlumatlılığını artırmaq və qlobal epidemiyanın ləğvi, profilaktika üsulları ilə əlaqədar səyləri birləşdirməkdən ibarətdir.

REAL AZƏRTAC-a istinadən xəbər verir ki, 2014-cü ildə aparılan statistikaya əsasən, vaxtında diaqnoz qoyulmaması və səmərəsiz müalicələr nəticəsində 9,6 milyon nəfər vərəmə yoluxub, onlardan 1,5 milyon nəfər, o cümlədən 140 min uşaq vəfat edib. Bununla yanaşı, vərəmlə xəstələnmə səviyyəsi 2000-ci il ilə müqayisədə 18, ölüm göstəricisi isə 1990-cı illə müqayisədə 47 faiz azalıb.

Qeyd edək ki, vərəm hava-damcı yolla yayılan yoluxucu xəstəlikdir və insan orqanizminə tənəffüs yolları, qida, dəri vasitəsi və sair yollarla daxil olur. Onu törədən mikroblar uzun müddət yaşaya və 6-8 aya qədər müxtəlif əşyaların üzərində qala bilirlər. Ona görə də xəstəliyə qab-qacaq, pal-paltar, dəsmal və digər məişət təması nəticəsində yoluxmaq mümkündür. Xəstəlik bir qayda olaraq dərhal başlamır və bir neçə aydan bir ilə qədər müddətdə özünü büruzə verə bilər. Yoluxma zamanı orqanizmin müdafiə qabiliyyəti, xüsusilə immun sistemi əhəmiyyətli rol oynayır.

 

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə