Bakı-Ankara sərnişin qatarı Qarsa çatıb

Bakı-Ankara  sərnişin  qatarı Qarsa çatıb
Qatar Qarsdan Tbilisiyə, daha sonra Bakıya hərəkət edəcək.

İsveçrədə Azərbaycanın sifarişi ilə istehsal edilən xüsusi sərnişin qatarı Türkiyənin Qars şəhərinə çatıb.

ONA-nın Türkiyənin “Yeni Şafak” qəzetinə istinadən verdiyi məlumata görə, qatar Qarsdan sonra Tbilisiyə, daha sonra isə Bakıya hərəkət edəcək.

Bu qatar Bakı-Ankara marşrutu ilə sərnişin daşıyacaq. Sərnişin qatarı Azərbaycan, Gürcüstan və Türkiyə arasında dəmir yolu xətlərinin genişliyinin fərqli olması nəzərə alınaraq istehsal edilib və sərhəddə dayanmadan hərəkət edəcək.

Qeyd edək ki, İstanbulda  boğazdan keçən Marmaray sualtı keçid tuneli istifadəyə verildiyi üçün Pekindən Londona qədər fasiləsiz dəmir yolu əlaqəsinin təmin edilməsi mümkündür.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə