Sumqayıtda 22 nömrəli marşrut xətti bağlanıb

Sumqayıtda 22 nömrəli marşrut xətti bağlanıb
Səbəb avtobusun yollarının dar və yol kənarında fərdi yaşayış evlərinin sıx yerləşməsidir.

Sumqayıtda 22 nömrəli marşrut xəttinin fəaliyyəti dayandırılıb.

REAL-ın ONA-ya istinadən verdiyi xəbərə görə, marşrut xəttinin bağlanmasına səbəb avtobusların hərəkət trayektoriyasında olan yolların dar və kənarında fərdi yaşayış evlərinin sıx yerləşməsidir. 

Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin rəisi Tofiq Saydumov açıqlamasında deyib ki, marşrutun keçdiyi yollar  bərbad vəziyyətdə olduğundan həmin xəttə yeni avtobusların buraxılması mümkün deyil: "Bu səbəbdən də marşrut xəttinin fəaliyyəti dayandırıldı. Lakin ərazidə yaşayan sakinlər çox az  məsafə qət edərək dayanacaqlara gəlib, şəhərin istənilən istiqamətində işləyən marşrut xəttlərindən rahatl şəkildə istifadə edə bilərlər".

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə