"İdai" qasırğası nəticəsində ölənlərin sayı 761 nəfərə çatdı - YENİLƏNİB

 Mozambikdə 446 nəfər həyatını itirib

Mozambik, Zimbabve və Malavidə "İdai" tropik qasırğası nəticəsində ölənlərin sayı artır. 

Qasırğa nəticəsində Zimbabvedə 259 nəfər, Malavidə isə 56 nəfər ölüb. Ümumilikdə təbii fəlakət  761 nəfərin həyatına son qoyub.

"İdai" tropik qasırğası bu ölkələrin təsərrüfatına da ciddi ziyan vurub. Bir sıra dövlətlər təbii hadisədən zərər çəkən ölkələrə yardım göstərirlər.

Qeyd edək ki,  təbii fəlakət 531 min insana ziyan vurub, 110 min nəfər müvəqqəti sığınacaqlarda yerləşdirilib.

Prezident Velipe Nyusi qasırğa qurbanlarının sayının 1000 nəfərə çatacağını istisna etməyib.

Xatırladaq ki,  “İdai” qasırğası Afrikanın cənub-şərq sahillərində - Mozambik, Zimbabve və Malavidə dağıntılara yol açıb. Mozambikdə təbii fəlakət ən çox Beyra şəhərinə ziyan vurub.

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə