Erməni yalanlarına qarşı yeni faktlar açıqlanıb - FOTO

Erməni yalanlarına qarşı yeni faktlar açıqlanıb - FOTO
Alman alim: "Biz Qafqazdan Qars əyalətinə qədər hər nüansı izlədik, ermənilərlə bağlı heç bir izə rast gəlmədik"

Berlinin Humbolt universitetində alman tarixçi alimlərlə birgə "Bakının multikultural həyatında almanların rolu" adlı konfrans keçirilib.

REAL "Report"a istinadən xəbər verir ki, konfrans Humbolt Universiteti və Almaniya azərbaycanlılarının "Birlik İnteqrasiya və Biznes İnkişaf Mərkəzi", eyni zamanda Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə baş tutub.

Konfransda alman tarixçi alimləri və professorlar, eyni zamanda azərbaycanlı tədiqatçı Fuad Axundov, təşkilatçı mərkəzin sədri, Almaniya Azərbaycanlıları Koordinasiya Şurasının İdarə Heyətinin üzvü Emin Salayev, qurumun fəalları, müxtəlif millətlərdən olan tədqiqatçılar, diaspor nümayəndələri və tələbələr iştirak ediblər.

Tədbirdə çıxış edən universitetin fakültə dekanı, professor Eva-Mariya Aux bu il almanların Qafqazda, xüsusilə Azərbaycanda məskən salmasının 200 illiyinin tamam olduğunu xatırladaraq, 1819-cu ildə Çar Rusiyası tərəfindən təşkil edilən prosesin mahiyyətindən danışıb. O, 1940-cı illərdə SSRİ rəhbərliyi tərəfindən tamamilə Orta Asiyaya sürgün edilən alman ailələrin Azərbaycanda ilk olaraq Helenendorf və Annenfeld (indiki Gəncə, Şəmkir və Qazax ərazilərində) məskən saldığını qeyd edərək, onların Azərbaycan tarixindəki rolundan danışıb. Alim tarixən tolerant və mədəni müxtəlifliyə malik Azərbaycanda almanların mədəni inkişafını xüsusi qeyd edib, habelə hazırda Bakıda qorunub saxlanılan alman mədəni abidələrindən söz açıb: "Biz uzun araşdırmalarımızla Qafqazdan Qars əyalətinə qədər hər nüansı izlədik. Bu bölgədə tarixən indiyə qədər azərbaycanlılarla yanaşı, almanların gürcülərlə də bağlılığını tapsaq da bu barədə ermənilər ilə bağlı heç bir izə rast gəlmədik. Bu bölgədə ümumiyyətlə ermənilərlə əlaqəli heç bir mədəni iz yoxdur. Hətta bu gün hər yerdə "erməni konyakı" adı ilə təbliğat aparırlar, əslində konyakın yaradıcısı Azərbaycanın Tovuz rayonunda həmin vaxt məskunlaşan almanlar olub”- deyən tarixçi alim bununla bağlı faktları nümayiş etdirib.

Konfransda tədqiqatçı F.Axundov Azərbaycanda, xüsusilə Bakıda iz qoyan alman kökənli tarixi şəxslərdən, yeni faktlardan söz açıb. Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) alman deputatlarından tutmuş Bakıdakı tarixi binalarda və digər layihələrdə almanların izi ilə bağlı slaydlardan ibarət geniş mühazirə edib.

Konfrans iştirakçıların disskusiyaları ilə davam edib.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə