Dağıstanda 90-a yaxın insan xəstəxanaya yerləşdirilib

Dağıstanda 90-a yaxın insan xəstəxanaya yerləşdirilib
Zərərçəkənlərin əksəriyyəti uşaqlardır

Dağıstanın Xasavyurd şəhərində 90-a yaxın insan kəskin bağırsaq infeskiyası ilə xəstəxənaya yerləşdirilib.

REAL-ın ONA-ya istinadən verdiyi məlumata görə, zərərçəkənlərin əksəriyyəti uşaqlardır.

Dağıstan Respublikasının Səhiyyə Nazirliyinin rəsmi saytında bildirilib ki, hazırda xəstəxanada 86 xəstə var, onlardan 72-i uşaqdır: “Zərərçəklənlərin vəziyyəti yüngül dərəcəlidir, ağır vəziyyətdə olanlar yoxdur”.

Dağıstanın səhiyyə naziri Camaluddin Hacıibrahimov situasiyanı nəzarətə götürüb. Epidimoloji araşdırma üçün hadisə yerinə mütəxəssislərdən ibarət qrup göndərilib, infeksiyanın yaranma səbəbləri araşdırılır. Nazirin sözlərinə görə, hazırda onların əsas məqsədi Xasavyurdda su gətirilməsi və əhalini qaynadılmamış su içməmək barədə məlumatlandırmaqdır. 

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə