Prezident İlham Əliyev İraqın dövlət başçısına başsağlığı verib

Prezident İlham Əliyev İraqın dövlət başçısına başsağlığı verib

Prezident İlham Əliyev İraq Respublikasının Prezidenti Bərham Salehə başsağlığı məktubu ünvanlayıb.

REAL xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Dəclə çayında bərənin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni son dərəcə kədərləndirdi.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İraq xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!"

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə