Əfqanıstanda partlayış törədilib, ölənlər və yaralananlar var 

Əfqanıstanda partlayış törədilib, ölənlər və yaralananlar var 
Yaralananlar arasında Helmand əyalətinin qubernatoru da var

REAL “Report” -a istinadən xəbər verir ki, hadisə Helmand əyalətinin Ləşkərgah şəhərinin stadionunda Fermer Günü ilə bağlı keçirilən tədbir zamanı qeydə alınıb. 

Partlayış nəticəsində hakimiyyət və güc strukturlarının nümayəndələri arasında xəsarət alanlar var. Onların arasında əyalətin qubernatoru və müavini də var. 

Əfqanıstanda partlayışlar nəticəsində azı 7 nəfər ölüb, 10 nəfərdən artıq adam yaralanıb.

Yaralananlar arasında Helmand əyalətinin qubernatoru, İnformasiya və mədəniyyət departamentinin direktoru, əyalət şurasının sədri və müavini və bir nəfər yüksək rütbəli hərbçi də var.

Hələlik hücumun məsuliyyətini heç kim üzərinə götürməyib.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə