Türkiyə xaricdən aldığı təbii qazın ucuzlaşması üçün danışıqlar aparır

Türkiyə xaricdən aldığı təbii qazın ucuzlaşması üçün danışıqlar aparır
Müqavilələr yenilənərsə təbii qazın satış qiymətində ucuzlaşma müşahidə ediləcək

“Bir neçə il ərzində mövcud uzunmüddətli təbii qaz müqavilələrində bir yeniləmə prosesi olacaq”.

REAL-ın “Report”-a  stinadən verdiyi xəbərə görə, bunu Beynəlxalq Enerji Agentliyinin rəhbəri Fatih Birol deyib.

F.Birol əlavə edib ki, bu müqavilələr yeniləndiyi təqdirdə təbii qazın satış qiymətində ucuzlaşma müşahidə ediləcək:

“Türkiyə olaraq çox gözəl hazırlıq gördük. LNG terminallarını və infrastrukturu hazırladıq. Saxlama anbarları məsələsində də çox önəmli işlər gördük. Ankarada çox bacarıqlı səlahiyyətli şəxslər var. Əminəm ki, onların sayəsində mövcud təbii qaz qiymətlərini aşağı doğru çəkə bilərik”.

Türkiyənin cari ildə 52,1 milyard kubmetrdən çox təbii qaz istehlak edəcəyi proqnozlaşdırılır. Qeyd edək ki, Türkiyə hazırda Rusiya, Azərbaycan, İrandan başqa Əlcəzair, Qətər və ABŞ-dan da mayeləşdirilmiş qaz idxal edir. 2018-ci ildə Türkiyəyə 7 milyard 225 milyon kubmetr Azərbaycan qazı ixrac olunub. Əvvəlki illə müqayisədə qardaş ölkəyə təbii qaz ixracı 925 milyon kubmetrədək çoxalıb.

Xatırladaq ki, keçən il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəməri istifadəyə verilib. Türkiyəyə ilk qaz həcmlərinin nəqli isə planlaşdırıldığı kimi iyunun 30-da başlayıb. Ötən il iyunun 30-dan bu il fevralın 28-dək TANAP-la ümumilikdə 1 milyard 250 milyon kubmetr təbii qaz Türkiyəyə çatdırılıb. İyunun sonunadək bu həcm 2 milyard kubmetr, 2019-cu ilin axırına kimi isə 4 milyard kubmetrə çatacaq. Kəmərin mövcud ötürücülük qabiliyyəti hazırda 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması nəzərdə tutulur. Əlavə kompressorlarla ötürücülük qabiliyyəti əvvəlcə 24 milyard kubmetrə, daha sonra 31 milyard kubmetrə çatdırıla bilər.

Boru kəməri bu il “Trans-Adriatik” (TAP) qaz boru kəmərinə birləşmək üçün hazır olacaq.

Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və Avropaya nəql edəcək TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə TAP qaz boru kəmərinə birləşəcək. TANAP-ın Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər 56 düym diametrli hissəsinin uzunluğu 1350 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca 48 düym diametrli hissəsinin uzunluğu isə 480 kilometrdir.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə