Azərbaycan komandasından Xüsusi Yay Olimpiya Oyunlarında möhtəşəm qələbə - VİDEO

Azərbaycan komandasından Xüsusi Yay Olimpiya Oyunlarında möhtəşəm qələbə - VİDEO

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən Xüsusi Yay Olimpiya Oyunlarında Azərbaycan komandası möhtəşəm qələbəyə imza atıb.

REAL xəbər verir ki, 54 idmançı ilə təmsil olunan Azərbaycan yığması 24 (6 qızıl, 10 gümüş, 8 bürünc) medal qazanıb.

Qeyd edək ki, idmançılarımız atletika, pauerliftinq, cüdo, stolüstü tennis, badminton, futbol, həndbol, basketbol, voleybol və üzgüçülük idman növlərində mübarizə aparıblar.

Bu gün oyunların bağlanış mərasimi keçiriləcək.

Növbəti Xüsusi Yay Olimpiya oyunları 2023-cü ildə Almaniyanın paytaxtı Berlində təşkil ediləcək.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə