İranla Azərbaycan müştərək ticarət şirkəti yaratmaq niyyətindədir

İranla Azərbaycan müştərək ticarət şirkəti yaratmaq niyyətindədir
Azərbaycan-İran münasibətlərində yeni mərhələ

İran və Azərbaycan müştərək ticarət şirkəti yaratmaq niyyətindədir.

REAL-ın  Trend-ə istinadən verdiyi xəbərə görə, bu barədə İranın iqtisadi işlər və maliyyə naziri, Azərbaycan-İran hökumətlərarası birgə komissiyasının həmsədri Fərhad Dejpəsənd deyib.

Nazir qeyd edib ki, İranla Azərbaycan arasında münasibətlər hazırda yaxşı səviyyədədir, tərəflər əməkdaşlığın səviyyəsinin artırılması üçün səylər göstərir.

F.Dejpəsənd vurğulayıb ki, hər iki dövlət başçısı ikitərəfli münasibətlərin inkişafı üçün ciddi iradəyə malikdir.

Nazir bildirib ki, hər iki ölkə birgə beynəlxalq ticarət şirkətinin yaradılması imkanlarını nəzərdən keçirir.

F.Dejpəsənd əlavə edib ki, tərəflər, həmçinin birgə investisiya şirkətləri və fondları yaratmaq niyyətindədirlər.

Onun sözlərinə görə, bu, iki ölkənin iş adamları arasında qarşılıqlı əməkdaşlığı sadələşdirəcək: "Müvafiq şirkətlərin fəaliyyətə başlaya bilməsi üçün biz bütün lazımi tədbirləri görəcəyik".

Nazir qeyd edib ki, Azərbaycan və İran, həmçinin ticarət sahəsinə aid olan sığorta sazişi imzalamağı planlaşdırır.

Onun sözlərinə görə, saziş bir-birinin ölkəsini ziyarət edən vətəndaşlara və qonşu ölkədə əməkdaşlıq qurmaq niyyətində olan şirkətlərə sığorta xidmətlərindən rahat istifadə etmək imkanı verəcək:

"Hər iki dövlət vətəndaşların qarşılıqlı əlaqələrin qurulmasında heç bir probleminin olmaması üçün çalışır".

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə