Kreml: Trampın açıqlaması Yaxın Şərqdə vəziyyəti gərginləşdirə bilər

Kreml: Trampın açıqlaması Yaxın Şərqdə vəziyyəti gərginləşdirə bilər
Kremldən ABŞ prezidentinin Qolan yüksəklikləri ilə bağlı bəyanatına sərt reaksiya

Rəsmi Kreml ABŞ prezidenti Donald Trampın Qolan yüksəklikləri ilə bağlı bəyanatına sərt reaksiya verib.

REAL-ın  ONA-ya istinadən verdiyi məlumata görə, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov açıqlama verib.

“Şübhəsiz ki, bu kimi çağırışlar Yaxın Şərqdə onsuz da gərgin olan vəziyyəti daha kəskinləşdirə bilər. İstənilən halda bu kimi çağırışlar Yaxın Şərq məsələsinin həlli ilə bağlı məqsədlərə xidmət etmir, əksinə daha mənfi təsir edir”,- deyə D.Peskov bildirib.

O əlavə edib ki, rəsmi Moskva bu fikirlərin çağırış kimi qalacağına ümid edir.

Qeyd edək ki, ötən gün prezident Donald Tramp ölkəsinin İsrailin Qolan yüksəkləri üzərində suverenliyini tanımasının vaxtı çatdığını bəyan edib. O “twitter” səhifəsində İsrailin və ümumilikdə regionun təhlükəsizliyi baxımından belə addım atmağın vacib olduğunu yazıb.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə