Xınalıq yolunda yenidən qar uçqunu baş verib (Video)

 Xınalıq yolunda yenidən qar uçqunu baş verib (Video)
Yolun 30-33-cü kilometrliyinə qədər olan hissədə hərəkət hayanıb

Quba-Xınalıq yolunda baş vermiş qar uçqununun fəsadları aradan qaldırılsa da yenidən uçqun baş verib. Yolun 30-cu km-dən 33-cü km-nə qədər yol bağlanıb.

Qeyd edək ki, qar uçqunu nəticəsində Qrız, Cek, Əlik, Haput, Bostankeş, Qalaxudat və Xınalıq kəndlərinin rayon mərkəzilə əlaqələri kəsilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi isə hadisə ilə bağlı məlumat yayıb.

Məlumatda deyilir ki, bir-neçə gündür ki, dağlıq ərazilərdə davam edən qeyri-sabit hava şəraiti və qarın yağmasına baxmayaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin canlı qüvvə və texnikaları ərazilərə səfərbər olunub, gücləndirilmiş iş rejimində avtomobil yollarında qarın yağması ilə əlaqədar yaranan problemlər aradan qaldırılır. Ərazidə olan əməkdaşlarımızın və texnikanın köməkliyi ilə yolda qalan vətəndaşlar ərazidən çıxarılıb. Əraziyə əlavə texnika və canlı qüvvə cəlb olunub.

Qeyri-sabit hava şəraiti və relyefin çətin olmasına baxmayaraq yolun axşam saatlarına qədər açılması üçün işlər mümkün dərəcədə sürətlə aparılır. Təcrübəsi az olan və əraziyə bələd olmayan sürücülərdən, avtonəqliyyat vasitəsi hava şəraitinə uyğun təchiz olunmayanlardan sözügedən yoldan istifadə etməsi tövsiyə olunmur.
 

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə