Gürcüstan prezidenti Azərbaycan dövlətini və azərbaycanlıları təbrik edib (Video)

Gürcüstan prezidenti Azərbaycan dövlətini və azərbaycanlıları təbrik edib (Video)
Salome Zurabişvili  Novruz tonqalını alovlandırıb

Gürcüstan Prezidenti Salome Zurabişvili azərbaycanlıların yaşadıqları Qardabani rayonuna gələrək Novruz bayramı münasibətilə keçirilən tədbirdə iştirak edib.  

Qardabani sakinləri Gürcüstan dövlətinin başçısını duz-çörək və gül-çiçəklə qarşılayıblar. Gürcüstan prezidenti Salome Zutabişvili  Novruz tonqalını alovlandırıb və yumurta döyüşdürüb. Gürcüstan Prezidentinə Novruz bayramı barədə ətraflı məlumat verilib. Novruzun dostluq, ruzi-bərəkət, bolluq və sülh bayramı olduğu diqqətə çatdırılıb. Kvemo Kartli bölgəsinin qubernatoru  Şota Rexviaşvili  Prezident Zurabişvilinin bu bayramda iştirakını dövlətin azərbaycanlılara diqqət və qayğısının nümunəsi kimi dəyərləndirib. Prezident Salome Zurabişvili Gürcüstanda yaşayan azərbaycanlıları və Azərbaycan dövlətini Novruz bayramı münasibətilə təbrik edib. 

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə