Bağlanan Quba-Xınalıq yolunda son vəziyyət - FOTO

Bağlanan Quba-Xınalıq yolunda son vəziyyət - FOTO

Bir-neçə gündür ki, dağlıq ərazilərdə davam edən qeyri-sabit hava şəraiti və qarın yağmasına baxmayaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin canlı qüvvə və texnikaları ərazilərə səfərbər olunub, gücləndirilmiş iş rejimində avtomobil yollarında qarın yağması ilə əlaqədar yaranan problemlər aradan qaldırılır. Bu barədə REAL-a AAYDA-nın mətbuat katibi Anar Nəcəfli məlumat verib.

Onun sözlətinə görə, ötən gün intensiv şəkildə qarın yağması nəticəsində Quba-Xınalıq yolunun 34-36-cı km-lik hissəsində, dərədə qar uçqunu qeydə alınıb: "Ərazidə olan əməkdaşlarımızın və texnikanın köməkliyi ilə yolda qalan vətəndaşlar ərazidən çıxarılıb. 

Yolun qar uçqunundan təmizlənməsi üçün ötən gün hava qaralana kimi aparılan işlər bu gün səhər saatlarından da davam etdirilir. Əraziyə əlavə texnika və canlı qüvvə cəlb olunub. Qeyri-sabit hava şəraiti və relyefin çətin olmasına baxmayaraq yolun axşam saatlarına qədər açılması üçün işlər mümkün dərəcədə sürətlə aparılır.

Aparılan işlər nəticəsində hazırda yolun 34-cü km-nə qədər avtonəqliyyat vasitələrinin hərəkətində hər-hansı bir çətinlik yoxdur. Buna baxmayaraq təcrübəsi az olan və əraziyə bələd olmayan sürücülərdən, avtonəqliyyat vasitəsi hava şəraitinə uyğun təchiz olunmayanlardan sözügedən yoldan istifadə etməsi tövsiyə olunmur".

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə