Astananın adı Nazarbayevin şərəfinə Nursultan qoyuldu

Astananın adı Nazarbayevin şərəfinə Nursultan qoyuldu

Qazaxıstanın paytaxtı Astananın ölkənin ilk prezidenti Nursultan Nazarbayevin şərəfinə Nursultan adlandırılması barədə qərar qəbul edilib.

Qazaxıstan parlamentinin hər iki palatası paytaxtın Nursultan adlandırılması barədə Konstitusiyaya dəyişikliyi dəstəkləyib.

Parlamentin sədri Nurlan Niqmatulin deyib ki, Qazaxıstan prezidenti referendum keçirilmədən paytaxtın adının dəyişdirilməsi barədə təklifi parlamentə təqdim edib. Paytaxtın Nurlustan adlandırılması barədə yekun qərarı isə Konstitusiya Şurası qəbul edəcək. Daha sonra sənədi Qazaxıstan prezidenti imzalamalıdır. (ONA)

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə