Yollarda tətil (VİDEO)

Yollarda tətil (VİDEO)
Sərnişindaşıma xidmətləri və DYP gücləndirilmiş iş rejimində işləyir

Novruz bayramı ilə əlaqədar sərnişin nəqliyyatı gücləndirilmiş iş rejimində çalışır. 

Bakı Beynəlxalq Avtovağzal Kompleksi martın 27-dək gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Sərnişinlərin rahatlığının təmin olunması üçün bütün zəruri tədbirlər görülüb. Sərnişin sıxlığının tənzimlənməsi məqsədi ilə ehtiyat avtobuslar sərnişindaşıma prosesinə cəlb olunur. 

Bayram və istirahət günlərində sərnişin axınının artması ilə əlaqədar rahat və ucuz nəqliyyat vasitəsi kimi vətəndaşlar dəmir yolunun xidmətindən istifadəyə üstünlük verirlər. Qurumun Sərnişin daşımaları departamentinin kollektivi Novruz bayramı ilə əlaqədar gucləndirilmiş iş rejimində çalışır. Departamentin kollektivi sərnişin qatarlarında xidmət mədəniyyətinin yüksəldilməsi üçün bütün qüvvələri səfərbər edib. Sərnişin sıxlığının artması ilə əlaqədar, ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün tələbata uyğun olaraq əlavə vaqonların qoşulması təmin edilir.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə