Köçkün yataqxanalarında yanğının qəsdən törədilib-törədilmədiyi araşdırılır

Köçkün yataqxanalarında yanğının qəsdən törədilib-törədilmədiyi araşdırılır

“Bakının Nərimanov rayonunda məcburi köçkünlərin yaşadığı yataqxanada baş vermiş yanğından sonra məcburi köçkünlərə onların istədiyi formada dəstək göstərildi”.

ONA-nın məlumatına görə, bunu baş nazirin müavini, Yeni Azərbaycan Partiyası (YAP) icra katibi-sədr müavini Əli Əhmədov deyib.

Ə. Əhmədov bildirib ki, məcburi köçkünlərə müvəqqəti yaşamaq üçün kompensasiya verilib: “Binanın təmiri ilə əlaqədar işlər görülür. Eyni zamanda binada baş verən yanğının səbəbləri ciddi şəkildə araşdırılır. Son bir neçə ayda bir neçə belə yanğının baş verməsi bizi iki mənada narahat edir. Birincisi, bu yanğının nəticəsindən insanlar əziyyət çəkirlər. Axırıncı yanğında iki nəfər həlak oldu. Əlbəttə bu bizi üzür. Bizim bir narahatlığımız budur. İkincisi, 4 dəfə yanğının baş verməsi bizi eyni zamanda başqa mənada düşünməyə vadar edir. Araşdırmaq lazımdır ki, burada hər hansı yanğın törətmə əməli olub, yoxsa yox. Qısa bir zamanda bir neçə yanğının olması bizdə belə fikirlərin yaranmasına səbəb olur. Ona görə də hüquq-mühafizə orqanları bunun üzərində ciddi işləyir ki, hər hansı kənar müdaxilə və ya kiminsə tərəfindən bu işin törədilməsi halları olmasın”.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə