Atletlərimizdən tarixi nəticə - VİDEO

Atletlərimizdən tarixi nəticə - VİDEO
Hədəf olimpiya oyunlarıdır

Real intervyuda AAAF-ın mətbuat katibi Kənan Məstəliyev və ağır atletlər arasında 8-ci dünya birinciliyində qızıl medal qazanan Rəhman Kazımovdur.

ABŞ-ın Las-Veqas şəhərində keçirilən yeniyetmə ağır atletlər arasında 8-ci dünya birinciliyi müzakirə edilir

50 ölkədən 200-ə yaxın atletin mübarizə apardığı yarışda yığma komandamızın üzvü Rəhman Kazımov qızıl medal qazanıb.

Komandamızın üzvlərindən son olaraq körpücük üzərinə çıxan R.Kazımov (+102) birdən qaldırma hərəkətində 131 kiloqramı başı üzərinə qaldıraraq bu hərəkətdə beşinci yeri tutub. Təkanla qaldırmada isə idmançımız tarixi uğur əldə edib. Hər üç yanaşmasını uğurla yerinə yetirən Avropa birinciliyinin mükafatçısı 174 kiloqramı başı üzərinə qaldırmağı bacarıb. Bununla da atletimiz bu hərəkətdə bütün rəqiblərini üstələyərək dünya birinciliyinin qızıl medalına sahib olub. Azərbaycan yeniyetmə ağır atletikası tarixində indiyədək heç kim dünya birinciliyində nə ayrı hərəkətdə, nə də toplamda qızıl medal qazanmayıb. Bu baxımdan R.Kazımovun medalı bir ilkdir.

Toplam 305 kiloqram (131+174) nəticə ilə Rəhman Kazımov yekun sıralamada dördüncü yeri tutub.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə